Ağasiyev Ənvər Məmmədmirzə oğlu — 1920-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Dağıstan Tibb İnstitutunu bitirdikdən sonra (1942-ci il) cəbhəyə göndərildi. 1943-cü ildən 1959-cu ilədək Naxçıvanda sərhəd qoşunlarında xidmət etmişdir. 1959-1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sərhəd qoşunları dairə hospitalının şöbə müdiri vəzifəsində işləmişdir. 1959-cu ildən yaşına görə ehtiyata buraxılanadək (1986) Azərbaycan SSR...








