Ölkə Prezidenti Vladimir Putinin “Ailə ili” elan etdiyi ildə Qujayevlər cütlüyü- Hacı Əliheydəroviç və Gülmirə Həmzəbəyovna zümrüd yubileylərini — nikahlarının 55 illiyini qeyd ediblər. Yaxın günlərdə Dərbənd şəhər Vahid Sosial Xidmətlər Mərkəzinin direktoru Teymur Saruqlanov günün qəhrəmanlarını ziyarətə gəlib. O, işçiləri ilə birlikdə ailəni toylarının ildönümü münasibətilə təbrik edib.
