Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Gününə həsr olunmuş bayram tədbirləri çərçivəsində respublika başçısı Sergey Melikov videokonfrans rejimində Daxadayevski rayonunun Xarbuk kəndində qazlaşdırma qurğusunun istifadəsinə təkan verib. Obyekt “Kənd ərazilərinin hərtərəfli inkişafı” dövlət proqramının icrası çərçivəsində inşa edilib. Xarbuk kəndinə çəkilən məhəllədaxili qaz xətti 18,3 km uzunluğundadır və 120-dən çox evi istiliklə təmin edəcəkdir.










