İyunun 2-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması çərçivəsində Dərbənd şəhər ərazi kompleks Mərkəzinin və Dərbənd rayonunun sosial işçiləri «Günəş»əyləncə klubunda keçirilən bayram tədbirini təşkil ediblər. Aztəminatlı və çoxuşaqlı ailələrdən olan 100 — dən çox uşaq, eləcə də əlil uşaqlar animatorların iştirakı ilə əyləncə proqramının təşkil olunduğu bayrama dəvət olunublar.










