Новость на родном

SAĞLAM BƏDƏNDƏ-SAĞLAM RUH OLAR!AFƏRİN SƏNƏ, ƏLİFƏRMAN!

Dadaşov Əlifərman şəhərimizin 8 saylı orta ümumtəhsil məktəbinin 7-ci sinifində oxuyur. Çalışqanlığı, məktəbin ictimai işlərində fəal iştirak etməsi ilə müəllimlərin və sinif yoldaşlarının rəğbətini qazanmışdır. Hələ kiçik yaşlarından idmana olan sönməz həvəsini görən Əlifərmanın (onu hamı Əli,-deyə çağırır) valideynləri onu şəhərimizdəki 7 saylı idman məktəbinə qoyur. Balaca oğlan elə ilk günlərdən əməkdar idman ustası və...