Baş verənlər barədə mənə məlumat verən kimi insanların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyi tapşırdım. Bu gün yaşayış məntəqələri, sosial və digər vacib obyektlər üçün heç bir təhlükə yoxdur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yanğını lokallaşdırmaq və söndürmək üçün əllərindən gələni edirlər. Meşə Təsərrüfatı Komitəsinin, polisin, könüllülərin qüvvə və vasitələri yanğının aradan qaldırılmasına cəlb edilib.
