Fevralın 4-də Dağıstan Respublikasının Təhsil və ElmNaziri Yəhya Buçayev Tabasaran rayonuna işgüzarsəfərdə olub və rayonun bir sıra məktəblərini ziyarət edib. Cəmi 4 gün ərzində o, rayonun 58 təhsil müəssisəsində olub. “Səfərdə məqsəd Tabasaran rayonunun təhsil sektoruilə yaxından tanış olmaq, müxtəlif yaşayış məntəqələrindəki məktəblərin maddi-texniki bazasının vəziyyətinin obyektiv mənzərəsini yaratmaq, pedaqojikollektivlə görüşmək və regional miqyasda təhsil səviyyəsini,təhsilin keyfiyyətini yaxşılaşdıracaq tədbirləri müzakirə etmək idi”, — Yəhya Buçayevbildirib. Respublikanın Təhsil Nazirini Tabasaran rayon icrabaşçısı Maqomed Kurbanov, icra başçısının müaviniZaur Musayev, Təhsil şöbəsinin müdiri AbdusalamHəsənov, ərazisində təhsil müəssisələrinin olduğu kənd yaşayış məntəqələrinin müdirləri müşayiət ediblər. Nazir üçün dördüncü gün əvvəlki 3 gün kimi kifayət qədər sıx və gərgin hadisələrlə keçdi. Yəhya Buçayevvə onu müşayiət edən şəxslər Novolidjenskaya ortaməktəbi, Arakskaya orta məktəbi, Arkitskaya ortaməktəbi, Tsuxtıqskaya, Rüşulskaya, Tsanakskaya, Burgankent, Xuriakskaya, Çulatskaya, Güxryaqskayaorta məktəbi və Sırtıqskaya tam orta məktəblərində olublar. Məktəblərin hər...





