Dağıstan hökumətinin sədri Süleyman-Stalskirayonuna səfəri zamanı Rusiyada 1 min hektardan çoxəraziyə malik ən böyük fındıq bağının salınması üzrə “Polosa” MMC tərəfindən həyata keçirilən investisiyalayihəsinin icrası ilə tanış olub. İlk fındıq əkini 2019-cu ildə 140 hektar sahədə aparılıb, əsas əkilən fındıq sortu Ata-Baba sortudur. 1 hektar sahəyə düşən tinglərin sayı — 666 ədəddir. Meyvə bağlarının 2025-ci ilə qədər layihə gücünə çatması planlaşdırılır. Fındıq bağının 3 min hektaraçatdırılması nəzərdə tutulur. Layihənin icrasında iştirak edən Dağıstan Respublikası Milli Məclisinin deputatı İmam Yarəliyev layihəni dəstəklədiyinə görə Abdulmuslim Abdulmuslimova təşəkkür edib, onun iştirakı və alınan dövlət...





