Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Dərbənd rayonuna Azərbaycan Respublikasının nümayəndə heyəti səfər edib.Nümayəndə heyətini Azərbaycan Respublikası təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADİU-nin Dərbənd filialının direktoru Qurban Qurbanov və digər rəsmi şəxslər təmsil ediblər. Qonaqları Dərbənd rayonunun...



