Azərbaycan Dövlət Dram Teatrı, orada çalışan hər biraktyor üçün doğma ocaqdır. Bu ocağın başına toplaşanhər kəs, özü-öz addımları ilə irəliyə getməyi bacarır. Bacarır deyəndə də ki, gərək aktyorun da qabında ola. 100 ildən çox fəaliyyət göstərən bu teatr bir çox xalqvə əməkdar artistlər ərsəyə gətirib, bir çox istedadlı gənclərə karyerasında böyük bir yol açmağa kömək olub. Hər hansı bir çətinliklərə baxmayaraq öz işinisevən, sevərək də yerinə yetirən, öz sözündə düz və dürüst dayanmağı bacaran gənclərdən biri də teatrın öndə gedən aktyorlarından biri olan, rejisor köməkçisi Hörmət Aslanovdur. Ötən il biz qəzetimizdə onunsənəti ilə bağlı böyük bir yazı vermişdik. Bu gün isə, biz sizlərə onun sənətinə verilən dəyərdən danışmaq istədik. Hörmət Aslanov ötən ilin sonunda, teatrın gənc aktyorları ilə «Azartistlər» adı ilə gənc aktyorlar üçünyaradılmış teatr sevənlər festivalında «Qırmızı papaq» nağılının müasir variantını hazırlayaraq birinci yerə layiq görülmüşdülər. Bu da gənc aktyor və rejisorHörmət Aslanovun əziyyətinin necə bir bəhrə verməyinin sübutudur. Bu il də, o,...




