Xeyirxah əməllər Bu yaxınlarda Tərəkəmə mahalının Vəlikənd kəndində olarkən mənim çox hörmət etdiyim Qızheybət anamızla görüşdüm. O, Tatlar kəndində doğulub, boya-başa çatıb, Vəlikənd kəndinə gəlin köçüb. İndi ömrünün ağbirçəklik çağındadır, övladlarının, nəvə-nəticələrinin sevinci, şərafəti ilə yaşayır. Camaatın xeyrində və şərində fəal iştirak edən bu ananın xətrini hamı çox istəyir, adını ehtiramla çəkir. Söhbət zamanı hal-əhval...










