Çox sevindirici haldır ki, Dərbəndimiz gündən-günə gözəlləşir, küçələr boyunca yaşıllıq, təmizlik nəzərəçarpacaq dərəcədə artıb. Şəhərimizin qədimliyinə Narınqalanın möhtəşəmliyinə heyran qalan turistlərin çoxu Dədə Qorqud ocağına gəlmək, onu öz gözləri ilə görmək üçün bura can atırlar. Qədim yurd yerinin gözəlliyini artırmaq üçün şəhərimizdə fəaliyyət göstərən Yaşıllıq İdarəsinin işçiləri can-başla öz üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlirlər....







