Özüm ana olmasam da, Ata Ana qədir-qiymətini hər zaman bilmişəm. Mənim Anam çox zəhmətkeş, qayğıkeş və mehriban bir xanım olub. Anamın xanım-xatınlığı hər halından bəlli idi. Gecələri təndirdə çörək bişirib, bulaqdan su gətirərdi. Rükəl kəndi, Uca bir Dağ üstündə olduğundan. Su gətirmək üçün, səhənglə kəndin bütün xanımları bulağa gedərdilər. Gündüzləri isə, kolxoz çöllərində, pomidor sahələrində...










