Oryol vilayətinin qubernatorunun müavini-Rusiya Federasiyası Hökuməti yanında Oryol vilayətinin nümayəndəliyinin rəhbəri Aleksandr Biryukov bölgənin potensialı ilə tanış olmaq və respublika və bölgənin birgə layihələrini hazırlamaq üçün Dağıstana işgüzar səfərə gəldi. Dağıstan Respublikasının Hökumətinin sədri Abdulmüslim Abdulmüslimov Biryukovu Dağıstan torpağında salamladı, bölgənin xüsusiyyətləri, Dağıstan iqtisadiyyatının və onun ayrı – ayrı sahələrinin-kənd təsərrüfatı və turizmin inkişafı barədə...










