Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov mövcud beynəlxalq vəziyyətdən narahatlığını və Rusiya ilə Azərbaycan arasında mövcud problemlərdən təəssüfləndiyini bildirib. Bu barədə onun Telegram kanalında məlumat verilib. Məlikov münaqişənin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib və vurğulayıb ki, bu cür insidentlərdən tez-tez qardaş xalqların mübahisəsi üçün istifadə olunur.










