Dağlar yurdu, cənnət Dağıstanımız çox millətli bir diyardır, onun daxilində hər millətə və onların mədəniyyətinə yer var. Hər il, Dağıstan Respublikası Mədəniyyət Nazirinin sərəncamı ilə, Azərbaycan mədəniyyətinə həsr olunmuş «Sevinc» festivalı bayram abu-havasıyla keçirilir. Azərbaycan mədəniyyəti çox şaxəli və zəngindir. Şifahi xalq ədəbiyyatı «Dastan», poeziya, musiqi mədəniyyəti və incəsənəti ilə hər yana səs salan xəzinə...





