Özbəkistan hakimiyyəti Dağıstanının qoyun yununa maraq göstərib. Bu barədə Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov “RGVK Dagestan”-a müsahibəsində danışıb. Belə ki, Abdulmuslimovla Özbəkistanın baş naziri Abdulla Aripov arasında keçirilən görüşdə Dağıstan yununun Mərkəzi Asiya respublikasının tekstil müəssisələrində emalı məsələsi müzakirə olunub.

