“Dərbənd” qəzetinin redaksiyası tərəfindən “Ana dilində ən yaxşı qiraətçi” müsabiqəsi keçirilib. Mayın 7-də Dərbənd şəhər kitabxanasının binasında “Dağıstan” Etnomedia Holdinqinin “Dərbənd” respublika qəzetinin redaksiyasının təşkilatçılığı ilə doğma Azərbaycan dilində ən yaxşı oxucular müsabiqəsinin finalı keçirilmişdir. Uşaqlar Böyük Qələbə Günü və Ailə ili mövzusunda şeirlər oxudular.





