Ötən gün “Dağıstan” Etnomedia Holdinqində, Azərbaycan dilində “Dərbənd” respublika qəzetinin redaksiyasında qəzetin əməkdaşları, şair, yazıçılar, ictimai təşkilatların nümayəndələri, ana dili müəllimləri, tərcüməçilər və s. ilə görüşü keçirilib. İclasın gündəliyinə şəhər və rayon təhsil müəssisələrində ana dilinin rolu və inkişaf etdirilməsi yollarının müzakirəsi daxil edilib.


