Новость на родном

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Bugün, Dərbənd şəhəri Azərbaycan Dövlət İxtisas Universitetinin filialının, Heydər Əliyev Mərkəzində, Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş dəyirmi stol keçirildi. Bu tədbirə mən də dəvət almışdım, tədbir çox maraqlı keçdi. Dəvətə görə, Dağıstan Azərbaycanlılarının Milli Muxtariyyatının Dərbənd üzrə sədri Telman Hacəliyevə təşəkkür edirəm. Bayramımız Mübarək!

Новость на родном

Dağıstanda işsizlik rekord həddə enib

Dağıstan Respublikasının əmək nazirliyinin rəhbəri Murad Kaziyev mətbuat konfransında bildirib ki, Dağıstanda işsizlik rekord həddə enib.

Новость на родном

Təbrik edirik!

  Azərbaycanın paytaxtı Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Mədəniyyət Birliyinin təhsil və maarifçilik sahəsində nailiyyətlərin inkişaf etdirilməsi məqsədi ilə yaradılmış “Simurq” Azərbaycan Mədəniyyət Birliyinin 30 illik yubileyi münasibətilə VII qurultayının açılış mərasimi keçirilib.

Новость на родном

“Vətən Müdafiəçisi-Müəllim”

Kaspiysk şəhərinin №2 nömrəli məktəbinin direktoru, xüsusi hərbi əməliyyatın iştirakçısı Alibeq Kazanbiyev “Vətənin müdafiəçisi-Müəllim” nominasiyası üzrə “Признание — 2023” Milli sosial və peşə mükafatına layiq görülüb. Bu barədə Vətən Müdafiəçisi Fondunun mətbuat xidməti məlumat yayıb.

Новость на родном

Qəhrəman məzunlarımızla fəxr edirik!

Dekabrın 15-də Dərbənd şəhər Nizami Gəncəvi adına № 6 nömrəli tam orta məktəbdə Vətən Qəhrəmanları Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib, burada müəllimlər, məktəblilər və tədbirin fəxri qonaqları iştirak ediblər.

Новость на родном

Dərbənddə “Gəlirli yer”

Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı növbəti premyera ilə tamaşaçıların görüşünə gəlib. Yaradıcı heyət rus dramaturqu A.N.Ostrovskinin “Gəlirli yer” komediyasını səhnələşdirib. Dramaturqun 200 illik yubileyi münasibətilə hazırlanan səhnə əsərinə Rusiya Federasiyası Altay Respublikası P.V.Kuçyak adına Dağ-Altay Dram Teatrının rejissoru Vyaçislav Smirnov quruluş verib. Pyesi dilimizə Telman Hacəliyev tərcümə edib. Birhissəli komediyanın quruluşçu rəssamı Dəmir İsakov, musiqi...

Новость на родном

Dərbənddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib

Moskva, 13 dekabr, AZƏRTAC Dərbənddəki Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev adına 4 saylı orta ümumtəhsil məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gecəsi təşkil olunub. AZƏRTAC xəbər verir ki, Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev Ulu Öndərin anadan olmasının 100 illiyi şərəfinə Dağıstanda keçirilən tədbirlər silsiləsinin parlaq davamı olan mərasimi açaraq, bugünkü anım gecəsinin görkəmli...