Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov mayın 27-də Rusiya Federasiyası və Özbəkistan Respublikasının Regionlar Şurasının iclasında iştirak edəcək. Rusiya və Özbəkistan Regionlar Şurasının iclası iki ölkənin liderləri — Vladimir Putin və Şavkat Mirziyoyevin rəhbərliyi altında keçiriləcək. Şuranın iclasının keçirilməsində məqsəd iki ölkənin regionları, işgüzar dairələr və təşkilatlar arasında praktiki əməkdaşlığı genişləndirməkdir.




