Vətən uğrunda,vətənin azadlığı və ədaləti, ölkəsinin əmin-amanlığı və təhlükəsizliyi uğrunda vuruşan oğullarımızın sayı gündən-günə artaraq qürur hissimizi daha da yüksəldir. Bu xüsusiyyət dağıstan igidlərinin qanında və canındadır.Qəzetimizin, demək olar ki,hər nömrəsində,millətindən asılı olmayaraq dağıstanlı gənclərin qəhrəmanlığından,döyüş meydanında göstərdikləri şücaətlərdən danışarkən, yazılar dərc edərkən, sözün əsl mənasında,qürur duyuram,onların hər birini ayrı-ayrılıqda bağrıma basıb alnından öpərək onları...



