2024-cü ildə Dağıstan kəndlərində “Zemskiy Doktor/Feldşer” proqramı çərçivəsində 170 tibb işçisi, o cümlədən 149 həkim və 21 orta tibb işçisi işlə təmin olunacaq. Bu barədə xəbər agentliyinə Dağıstan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəzərinizə çatdıraq ki, hazırda “Zemskiy Doktor/Feldşer” proqramında iştirak edənlər üçün heç bir yaş məhdudiyyəti yoxdur.

