Uşaqlar evin gülüdür

Hər bir insan ailə qurarkən, ailənin təməlinin möhkəm olması üçün çalışır. Ailənin təməlinin möhkəmliyi isə, ailədə göz açan övladdır. Analar övladını, onların hər bir çatışmayan cəhəti ilə də sevir. Çünki, axı o anadır. Ana isə üç hərfdən ibarət olsa da, mənası bir ucu bucağı görünməyən dünyadır.
Hər il, iyunun 1-i, beynəlxalq uşaq müdafiyəsi günü kimi qeyd olunur. Bu münvalla da, Dağıstanımızın hər bölgəsində də, bu bayram təntənə ilə qeyd olunur.
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirildi.
Dərbənd rayon administrasiyasının rəhbəri Möhsüm Rəhimov adından Mədəniyyət, Gənclər Siyasəti, İdman və Turizm İdarəsi və Dərbənd Rayon Qadınlar Şurası ictimai təşkilatı adından bir tədbir təşkil edildi. Bu tədbir, Dərbənd şəhər 7 saylı məktəbdə, xəstə uşaqlarla görüş və əyləncə dolu bir programla keçirildi. Məktəbin şagirdləri arasında Dərbənd rayonundan da az deyil, Dərbənddək xüsusi internat məktəbi, bu sevincli yay günündə uşaqlarla görüşüb, onları sevindirərək yanında olmaq. Həm də Dərbənd rayonunun Başçısı adından Mədəniyyət, Gənclər Siyasəti, İdman və Turizm İdarəsinin müdiri Telman Hacaliyev, Dərbənd rayon Qadınlar Şurasının sədri, Dağıstan Respublikasındakı Uşaq Hüquqları Ombudsmanı İctimai Şurasının üzvü, Birləşmiş Rusiya layihəsi “Güclü ailə” İctimai Şurasının üzvü Aina Seidova, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın baş mütəxəssisi Sevil Xandadaşova, idman şöbəsinin müdiri Abubakar Xanmagomedov, gənclər və turizm şöbəsinin müdiri Şeyrəhim Kərimov, Qəsəbələrarası Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamir İsaev, Nəğməkar şairə və müğənni Zeynəb Derbendli iştirak etdilər. Qonaqlar uşaqlar üçün gətirilmiş hədiyyələri onlara təqdim etdi və onlarla xatirə şəkilləri şəkdilər. Şairə Zeynəb Dərbəndli, öz sözlərinə, Elmir Mədətoğlunun bəstələdiyi «Başımın bəlası» adlı mahnısı ilə uşaqları təbrik etdi. Uşaqların və valideynlərin sevincinin həddi hüdudı yox idi, çünki bu gün onların günü idi. Ən əsası da, kiçik də olsa, onlara hədiyyələr gəlmişdi. Bəlkə də, bu kiçik hədiyyələr, onların dünyasın dağdan da böyük idi. Bütün xəstə uşaqlara sağlam həyat, sevgi və sevinc dolu ömür arzu edirik.

M. Seyidov