Xalqlar dostluğu

                                           

Oktyabrın ortalarıdır,səhət tezdən günəş şüalarını ətrafa yayaraq elə bil ki, insanların əhval-ruhiyyəsini yüksəltməyə çalışır.Mahaçqalaya səyahət isə hələ qabaqdadır,yol da bir az uzaqdır,əlbəttə.

Elə bu dəm iki yaşlı kişi öz aralarında həmsöhbət olaraq gəlib maşına əyləşdilər.     Məlum oldu ki,bu iki dost Azərbaycan vətəndaşlarıdır. Arif və Əli İnşaatçıdırlar.Mahaçqala və Kaspiyskə miqrasiya xidmətinə gedirlər.Rəsmi məşğulluq üçün onlara patent lazım imiş.Minvoda təyyarə ilə gəliblər,tibbi müayinədən keçdikdən sonra imtahan verib üç aylıq qeydiyyata da düşə biliblər.

Demək istəyirəm ki,Dağıstan onlara öz vətənlərini xatırladır.Dağlarını,dənizini,yaşıllıqlarını,yeməklərini,məişətini,insanlarını,ən əsası isə Dərbənd camaatının onlara doğma münasibətini xatırladır.Çünki onlar üçün doğma dildə ünsiyyət qurmaq daha asandır nəinki başqa dildə.Görünür,Azərbaycanda rus dilini yaxşı  bilməyən yeni nəsil yetişib,indi onlar rus dilini intensiv və çox həvəslə öyrənirlər.o cümlədən uşaqlar da.Rusiyada rus dilini bilmədən işləmək çətindir.Öz yerlərində,yəni Azərbaycanda əmək haqqı,deyilənlərə sasən,aşağı mirdarda olduğu üçün onların çoxu Rusiyada işləməyə  qərar verirlər.Çünki Rusiya nəhən ölkədir,böyük imkanları var.

Bu ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək üçün 2022-ci il fevral ayının 22-də Moskvada iki Prezident-V.Putin və İ.Əliyev arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanıb.Rusiya Prezidenti V.Putin  bəyənnamənin imzalanmasını Rusiya- Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ adlandırıb.1992-ci ildə diplomatik münasibətlərin qurulması dövründə ölkələr arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.Siyasi,humanitar,təhsil və sosial sahələrin bir araya gəlməsinin vacibliyini vurğulayıb.Həmçinin ,səhiyyə,gənclərin əməkdaşlığı və idman sahəsində təcrübə mübadiləsi və s.

Hər iki respublikada bütyün dövrlərdə əhali xalqlar dostluğunu,mehriban qonşuluq münasibətlərini,çətin anlarda köməyi alqışlayıb.Ümid edirik ki,bütün aspektlər üzrə gələcək əməkdaşlıq davam etdiriləcəkdir. Hamımıza sülh və firavanlıq!

                                                                                                    Ruslan Musayev.

                                                                         Ruscadan çevirəni:Mirhəmidova S.V