Новостная лента

Dağıstan Azərbaycan Dövlət Dram Teatrı oktyabrın 9-dan  16 – dək Azərbaycan Respublikasının  Xırdalan, Zaqatala, Balakən, Qax, Şəki, Şabran rayonlarında qastrolda olmuşdur. Teatrın direktoru Dağıstanın əməkdar mədəniyyət işçisi Firdovsi  Əsgərovun başçılıq etdiyi  kollektivi rayonlarda İsi Məlikzadənin “ Hərənin öz ulduzu ” komediyasını  oynamışlar. Komediya tamaşalar tərəfindən maraqlı qarşılanmışdır.

                                                                                                 Telman Tahirli

Bu günlərdə Dərbənddə yerləşən  6 nömrəli internat – məktəbinin şagirdləri  ana dili müəlliməsi Səmayə Əlibəyova ilə birlikdə Nizami Gəncəvi heykəlinin önündə  poetik tədbir keçirmişlər. İlk öncə dahi şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şeir və poemalarından parçalar dinlənilib. 
Tədbirdə şagirdlərin ifasında “Xəmsə”yə daxil olan hər bir poemadan səhnələr göstərilib. Qeyd edilib ki, Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir.
Sonda şagirdlər “Mən azərbaycanlıyam” mahnısını ifa edərək qarşıdan gələn 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. 

 

                                                                                  Telman  Tahirli

Oktyabrın 18-də Azərbaycan- Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start verilib.

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak ediblər.

Mərasimdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur.

“Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Şimal-Cənub” nəqliyyat dəhlizinin və s. həyata keçirilməsində fəal iştirak edir. Həmçinin Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını da qeyd etmək lazımdır. Rusiya tərəfi ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin tərkib hissəsidir”, - deyə nazir qeyd edib.

R.Quluzadə vurğulayıb ki, bugünkü hadisə xüsusi əhəmiyyəti ilə seçilir və birgə həyata keçirilən işlərin məntiqi yekunudur.

Nazir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, sərhədyanı Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası sazişin imzalandığını xatırladaraq, bunu dövlətlərimizin başçıları tərəfindən iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına göstərilən yüksək diqqətin bariz nümunəsi kimi xarakterizə edib.

“Əminəm ki, Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşayırlar. Buna görə körpü həm də böyük sosial əhəmiyyətə malik olacaq”, - deyə R.Quluzadə bildirib.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov çıxışında bildirib ki, bu gün təməli qoyulan körpü müasir standartlara cavab verəcək. 2019-cu ildə körpünün istifadəyə verilməsi ilə ölkələrimiz arasında əlaqələrin daha da rahatlaşacağını bildirən M.Sokolov bu körpünün həm də insanların Rusiya və Azərbaycana asan gediş-gəlişi üçün böyük əhəmiyyətini qeyd edib: “Bu gün biz tarixi hadisəyə şahidlik edirik. Bu layihənin reallaşdırılması istiqamətində xeyli müddətdir iş gedir. Hesab edirəm ki, körpünün salınması Rusiya və Azərbaycanın ticarət əlaqələrinə, eləcə də, hər iki ölkənin iqtisadiyyatına töhfələr verəcək”.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxışında ölkələrimiz arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolunu qeyd edib.

Məlumat üçün bildirək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

Qeyd edək ki, həmin gün Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Samur buraxılış məntəqəsi (Azərbaycan Respublikası) və Yaraq-Qazmalar buraxılış məntəqəsi (Rusiya Federasiyası) ərazisində Samur çayı üzərindən körpünün inşası haqda Sazişə dəyişikliklər edilməsinə dair Protokol da imzalanıb.

 

В Дагестане завершается первый – школьный этап Всероссийской олимпиады школьников 2017-2018. В каждой школе наиболее усевающие ученики проверили знания по основным школьным предметам – математике, русскому языку, биологии, химии, физике, иностранным языкам, обществознанию, литературе и другим дисциплинам.

Наибольшего успеха в олимпиаде сезона 2017-2018 г в Дагестане ожидают от участия математиков, физиков и информатиков. Об этом сообщила Mirmol главный специалист-эксперт Отдела по координации воспитательной работы и поддержки талантов детей министерства образования РД Бурлият Абдулахидова. «В прошлом году из 17 участников из Дагестана в заключительном этапе олимпиады по математике республику представляли шесть учеников. К сожалению, им не хватило немного для попадания в призеры», — сказала Бурлият Абдулахидова.

Муниципальный этап олимпиад в Дагестане стартует 21 октября, лучшие представители которых будут представлять город или район на республиканском этапе. Из победителей и призеров республиканских олимпиад будет сформирована сборная из 100 претендентов на участие в заключительном этапе олимпиады. Из сборной республики будут отобраны лучшие ученики по 21 дисциплине.

Победители и призеры заключительного этапа получают право на поступление в любой вуз страны без вступительных экзаменов. За последние 10 лет в их числе был только один дагестанец. Камиль Раджабов в 2015 году попал с число призеров всероссийской олимпиады по истории. Тогда Камиль учился в гуманитарном классе Республиканского многопрофильного лицея Махачкалы, а сейчас он является студентом МГИМО. Школьная учительница по истории вспоминает, что внезапный интерес к предмету у него появился в 8-м классе, хотя талантом ученик отличался всегда.

 

Камиль Раджабов

Выявлять и развивать новые таланты, способные попасть в число призеров Всероссийской олимпиады школьников, призвана программа «Сириус-Альтаир», на базе которой проходит подготовка олимпиадников. В центре проходили обучение победители и призеры регионального этапа математической олимпиады имени Л. Эйлера, муниципального этапа Всероссийской олимпиады школьников 2017 года, математических олимпиад имени П. Л. Чебышева и Пифагора 2016 года, а также конкурсов и олимпиад, проводимых Центром дополнительного образования школьников «Надежда». Ранее дагестанцам приходилось проводить предолимпийскую подготовку в центрах в Подмосковье и Сочи.

В Минобре РД пояснили, что благодаря внедрению в республике центров подготовки к олимпиаде попадание дагестанцев в число призеров и победителей заключительного  этапа должно стать не десятилетней сенсацией, а ежегодной традицией.

 

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper