Новостная лента

VLADİMİR    VASİLYEV     BURYATİYA     BAŞÇISI    İLƏ    GÖRÜŞMÜŞDÜR
06 Май 2018

Bu günlərdə  DR Başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevin və Buryatiya Respublikasının  Başçısı  Aleksey  Sıdenovun ikitərəfli işçi görüşü  olmuşdur. DR  Başçısının  mətbuat xidmətindən verilən məlumata görə, görüşdən sonra, regionların  rəhbərləri  Əli Əliyev adına idman Sarayında keçirilən idman  güləşi üzrə  Avropa  çempionatına baş çəkmişlər.

Qeyd etmək lazımdır ki,  Rusiyanın yığma komandasında  53 –kq  çəkisi olan  Buryatiya Respublikasının  sakini  Stalvira Orşuş  qızıl,  57 –kq  çəkisi olan İrina Oloqonova  gümüş  medallar  qazanmışlar.  

Həmçinin  Avropa – 2018  çempionu  Anastasiya Bratçikova olmuşdur. İnna Trajukova  və  Yekaterina  Bukina  gümüş,  üç  güləşçi tunc medallar qazanmışlar.  Onları arasında dağıstanlı Milana Dadaşeva da vardır.   

 Rusiyanın yığma komandasını dəstəkləməyə  DR  Xalq Məclisinin Sədri  Xizri Şıxsaidov, Dağıstan Hökumətinin Sədri Artyom Zdunov, DR  Başçı  Administrasiyası və  Hökumətinin rəhbəri Vladimir İvanov gəlmişlər.

 

                                                                                                            Telman   Tahirli

Bu günlərdə  Azərbaycan dövlət dram teatrının  kollektivi  Dərbənd pedaqoji  kollecində  "Biz terrorizm   və ekstremizmə qarşıyıq" adı altında  tədbir keçirmişdir.  Bu tədbiri keçirməkdə əsas məqsəd  şagirdləri maarifləndirmək  idi.  Müasir dövrümüzdə  terrorizm və ekstremizm  dünya miqyasında narahatçılığa səbəb olan ən dərin problemlərdən biridir.

Tədbiri açan  teatrın musiqi hissə müdiri, DR əməkdar artisti Sevda Bəybalayeva  Azərbaycan dövlət dram teatrının direktoru Firdovsi Əsgərovun adından  kollecin 95- illik yubileyi ilə əlaqədar  təbrik məktubunu oxumuşdur. Sonra isə sözü  teatrın direktor – müavini   Yədulla Həşimova vermişdir.

Y. Həşimov  çıxışında bildirmişdir ki,  günümüzdə dini radikalizm məzhəblər və dinlər arasında dözümsüzlük və zorakılıq və ya dini motivlərdə törədilən terror aktlarında təzahür edir. Dini radikalizmə qarşı ən optimal alternativ yol həmrəylikdir. Əgər həmrəylik varsa, deməli dini ayrı-seçkilik yoxdur. İslam  həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq  bütün insanları birliyə səsləyir.

Tədbirdə  iştirak edən  Rusiya və Azərbaycan  yazıçılar ittifaqının üzvü  Zeynəb Dərbəndli   qeyd etmişdir ki, terrorizm  və ekstremizmə qarşı mübarizə beynəlxalq məsələdir. Dini radikalizmlə və ekstremizmlə mübarizə edərkən sadəcə maarifləndirmə ilə yetinməyib, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi fürsətlərini artırmağa da əhəmiyyət verilməlidir. Dini radikalizmlə mübarizədə dini icmaların da rolu mühümdür.

Çıxışlardan  sonra  şagirdlər üçün  teatrın artistləri  konsert  proqramı  hazırlamışlar. Gözəl  səsləri  olan müğənillər   Diləfruz   Şıxməmmədova, Osman, Tamila  Mixrabovları  azərbaycan və rus dilində mahnılar ifa etmişlər.  

                                                                                    

                                                                                        Telman Tahirli

Xeyirxah  ənənələri  davam edərək  9-may  Qələbə Günü  ərəfəsində Böyük Vətən Müharibəsinin  veteranı  Mirzəməhəmməd  Mirzəməhəmədovu  Azərbaycan dövlət dram teatrının direktoru, DR  əməkdar  mədəniyyət  işçisi  Firdovsi  Əsgərov, quruluşçu rejissor, DR  əməkdar mədəniyyət  işçisi Yaqut Xandadaşeva, musiqi hissə müdiri, DR əməkdar  artisti Sevda Bəybalayeva, ədəbi - dramaturqiya hissə müdiri, Rusiya jurnalistlər ittifaqının üzvü    Telman Hacəliyev  ziyarət etmişlər.

Firdovsi  Əsgərov  veterana  müraciət  edərək  bildirmişdir ki,  Veteranlara  qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir  vətəndaşının borcudur.   Sonra isə Yaqut Xandadaşeva veterana gül-çiçək dəstələri təqdim etmiş, Sevda  beybalayeva isə ata mahnısını oxumuşdur. 

Böyuk Vətən Müharibəsi iştirakçısı Mirzəməhəmməd  Mirzəməhəmədov  döyüşlərdə fərqləndiyi üçün bir çox orden və medallarla təltif olunmuşdur. Çay süfrəsi arxasında  Mirzəməhəmməd kişi müharibə illərində keçdiyi çətin amma, şərəfli döyüş yollarından böyük həvəslə söhbət açdı. Veteran tarixə dönən ömür yolundan xatirələr danışdı. O,  1943-ci ildə könüllü olaraq cəbhəyə getdi. İlk gündən   Kurskaya  duqa  məşhur  tank  döyüşündə  iştirak etmişdir. Söhbət əsnasında təltif olunduğu orden və medalları göstərdi. Sonda müharibə veteranı ilə birgə xatirə şəkli çəkildi.  

 

                                                                                                 Telman Tahirli

 

 

 

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru