Новостная лента

İSVEÇRƏNİN   RUSİYADAKI   SƏFİRİ  DƏRBƏNDDƏ
30 Июнь 2017

Bu günlərdə  İsveçrənin Rusiyadakı səfiri İv  Rosse və  Mahaçqaladakı  RF Xarici İşlər Nazirliyin nümayəndəsi  Əmirxan Məhəmmədov, DR   milli siyasəti üzrə nazir Tatyana   Qamaley  Dərbənddə səfərdə olmuşlar.

Dərbənd şəhəri  başçısının adından  qonaqları   Dərbənd şəhər deputatları  məclisinin  sədri Mövsüm Rəhimov,  şəhər  başçısının müavinləri Dmitri  Dunayev və Sergey Yaqudayev qarşılamışlar.

Tanışlıqdan sonra, şəhər administrasiyasının konfrans zalında İsveçrə  səfirinə Dərbənd şəhərinə  həsr edilmiş sənədli filmlər  nümayiş  edilmişdir. Həmçinin  səfirə   Dərbəndin potensialını əks etdirən gələcək investisiya layihələri  göstərilmişdir.

Sonra isə  qonaqlar   Dərbəndin  dəniz  kənarında yeni tikilmiş   istirahət zonasına,  dünya mədəniyyətlərinin və dinlərin tarixi  muzeyinə baş çəkmişlər. Muzeydə onlara   müasir incəsənət  eksponatları, ənənəvi geyimlər, xalça sənətinin  sərgisi  nümayiş edilmişdir. Həmçinin səfir Dərbəndin qədim Cuma məscidində  və Narınqalada olmuşdur.  Gördüklərindən sonra səfir bildirmişdir ki, qədim Dərbənd şəhərinin  turizm potensialı  Misir, Tunis və ya Mərakeş kimi kurortlardan  geri qalmır.

 

                                                                                                                     Telman Tahirli

Bakıda Azərkitab mərkəzində Dərbəndin səsi kitabın təqdimatı keçirilib
29 Июнь 2017

İyun ayının 29-u Bakıda Azərkitab mərkəzində. Nəğməkar şairə, RYB AYB GBƏB İTYB AZERROS un üzvü. Zeynəb Dərbəndlinin Dərbəndin səsi adlı kitabının təğdimatı keçirildi. Tədbirdə şairənin dostları, pərəstişkarları,fanatları, şairlər, yazarlar, jurnalistlər,gənc xanəndələr iştirak etdilər. Aparıcı, dəyərli şairəmiz Necibe İlkin olmuşdur.

XATİRƏLƏRDƏ  YAŞAYAN  ŞƏXSİYYƏT
29 Июнь 2017

    Bu il iyun ayının 26-da Azərbaycan xalqının şanlı oğlu, görkəmli ictimai və siyasi xadim, artilleriya general-leytenantı Hüseyn Cümşüd oğlu Rəsulbəyovun 100 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilmişdir.

H.Rəsulbəyov mənalı, əlamətdar hadisələrlə dolu bir həyat yaşayıb. O, zəngin biliyə, təşkilatçılıq qabiliyyətinə, insanların ürəyinə yol tapmaq bacarığına malik insanlar koqortasına aid bir insan, mehribanlıq, xeyirxahlıq, Vətənə, xalqa xidmətə, vəzifə borcuna sadiqlik nümunəsi idi.

General-leytenant H.Rəsulbəyov hərtərəfli insan idi. O, möhkəm intizamı, xidməti işləri şəxsi maraqlardan üstün tutmaq, xidmətdə və həyatda yaranan böyük və kiçik problemlərdən yan keçməmək bacarığı ilə fərqlənirdi.

H.Rəsulbəyovun Azərbaycanda hərb quruculuğun inkişafında, xüsusilə də rabitə və  elektronika  sahəsində xidmətləri çox böyükdür.

O, Dağıstanın  Dərbənd şəhərində anadan olmuş, orada təhsil almış və xalqlarımız arasında dostluğun, qardaşlığın möhkəmləndirilməsi üçün çox işlər görmüşdür. 1941-ci ilin mayında, Moskvada Qızıl Ordu Artilleriya Akademiyasını bitirdikdən sonra H.Rəsulbəyov Odessaya 15-ci HHM briqadasının cihazlar üzrə mühəndis vəzifəsində xidmətə göndərilmişdir.

H. Rəsulbəyovun əsas xidmət və döyüş yolu müharibə cəbhələrində, Hitler faşizmi ilə mübarizədən başlamışdır. O, igidliyi, taktiki-əməliyyat məsələlərini həll etmək bacarığı, yüksək intizamı ilə fərqlənirdi, geniş biliyə, praktiki təcrübəyə malik bir şəxsiyyət, tabeliyində olanlara qarşı prinsipial, xeyirxah və qayğıkeş bir komandir idi.

H. Rəsulbəyov hərbi karyera pillələri ilə müvəffəqiyyətlə irəliləyir, bir-birinin ardınca yüksək vəzifələri tuturdu. H.Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsinin raket qoşunlarının komandanı olarkən, keçmiş Sovetlər İttifaqının cənub hava sərhədlərinin müdafiəsinin möhkəmləndirilməsində, gənc hərbi kadrların hazırlanması sahəsində  özünü bacarıqlı təşkilatçı kimi göstərmişdir.

1975-ci ildə ehtiyatda olan artilleriya general-leytenantı H.Rəsulbəyov Azərbaycan  SSR  rabitə naziri vəzifəsinə təyin olunur. Tezliklə H.Rəsulbəyovun istedadı, biliyi, əla təşkilatçılıq qabiliyyəti Azərbaycanda rabitə sisteminin inkişafında özünü göstərir. Respublikanın rəhbəri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və respublika hökumətinin geniş qərarı qəbul olunur və həmin qərarla Bakıda telefon şəbəkəsinin sürətli inkişafı üzrə tədbirlər planı müəyyən edilir. Nazir H.Rəsulbəyov bu möhtəşəm planları reallaşdırmaq üçün  səmərəli,  geniş quruculuq strategiyası işləyib hazırlayır.  Nazirlikdə  H.Rəsulbəyovun  şəxsən özü tərəfindən kadrların hazırlanması, seçilməsi və yerləşdirilməsi üzrə böyük işlər görülür. Onun bilavasitə rəhbərliyi altında o dövr üçün ən yeni texniki təchizata malik bir neçə ATS-in inşasına başlanır, mütəxəssislərin hazırlanması və yenidən hazırlanması üzrə geniş işlər aparılır. Rabitə naziri nəzərdə tutulan bütün işlərin yerinə yetirilməsinə şəxsən özü nəzarət edir, tez-tez yerlərdə mütəxəssislərlə, fəhlələrlə görüşür, operativ yığıncaqlar keçirirdi. Hüseyn müəllim insanları çox yaxşı tanıyırdı, onların qəlbinə yol tapa bilirdi, onları öz fəallığı ilə səfərbər edirdi. Ondakı böyük mühəndislik  istedadı, dövlətçilik təfəkkürü ilə düşünmək və işlərin durumunu düzgün qiymətləndirmək, sahənin inkişafını proqnozlaşdırmaq bacarığı insanların ehtiyaclarına daimi qayğı ilə üzvi şəkildə uzlaşırdı.

Ötən yüzilliyin 80-ci illərində respublikada bir çox rabitə obyektləri geniş surətdə inşa edilir və yenidən qurulurdu. Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev respublikanı  geniş, davamlı  inkişaf yoluna çıxarırdı. Toplanmış böyük praktiki təcrübəyə söykənərək, H.Rəsulbəyov  də bu inkişafın davamı olaraq rabitəçilərin səylərini Bakıda, respublikanın regionlarında telefon şəbəkəsinin, teleqraf, poçt rabitəsinin, televiziyanın sürətli tikintisinə və inkişafına yönəldirdi.

Sahənin rəhbəri olarkən, H.Rəsulbəyov rabitənin bütün strukturlarında  dəqiq iş qura bilmişdi. Bir qayda olaraq, onun tərəfindən qərarlar kollegial şəkildə qəbul edilir, çox vaxt isə hər hansı vacib qərarı qəbul etməyə hazırlaşarkən, o, necə deyərlər, əmək kollektivlərinə gedir, fəhlələri, mühəndisləri dinləyir, elə obyektdəcə nazirliyin kollegiya iclaslarını keçirir və yaranan problemi operativ şəkildə həll edirdi.

Hüseyn Cümşüd oğlu insanlara qarşı çox diqqətli idi, onlara təkcə işdə deyil, həm də rabitəçilərin şəxsi məsələlərinin həllində də daim kömək edirdi. Nazirin onları diqqətlə dinləyəcəyini, qaldırılan problemlərə diqqət yetirəcəyini bildiklərindən, işçilər onun yanına həvəslə gedirdi. H.Rəsulbəyovun rəhbərliyi dönəmində Nazirliyin fəal dəstəyi ilə əməkdaşların uşaqları üçün Mərdəkandakı “Rabitəçi”  düşərgəsi tam təmir edilmiş, ərazisi abadlaşdırılmış və ən nümunəvi istirahət şəraiti yaradılmışdı.

H. Rəsulbəyov kabinet məmuru deyildi, “quru” inzibatçılıqla məşğul olmurdu. Müxtəlif məsələlərin müzakirəsi zamanı fikirləri diqqətlə dinləyir, heç kəsə “təzyiq göstərmirdi”, obyektiv, diqqətli və nəzakətli idi.

Yüksək vəzifədəsi, tələbkarlığı, ciddiliyi onun insanlığına, mehribanlığına, təvazökarlığına qətiyyən təsir göstərmirdi; o, hər zaman səmimi, qayğıkeş və xeyirxah bir insan olaraq tanınırdı və indi də yaddaşlarda məhz bu cür qalmaqdadır.

Rabitə müəssisələrinin əmək kollektivlərinin orta və yaşlı nəsli                        H. Rəsulbəyovun onlarla “qəfil” görüşlərini indi də yaxşı  xatırlayırlar. O, gözlənilmədən gələr, fəhlə və qulluqçularla görüşər, demək olar ki, hər şeylə maraqlanardı. Adətən, əməkçilərlə görüş zamanı qeydlər aparılmırdı, amma              H. Rəsulbəyov hər şeyi yadda saxlayır və öz  fəhlə və qulluqçularla söhbətin bütün təfərrüatlarını xatırlayırdı. İnsanlarla  görüşlərdəki söhbətləri ümumiləşdirərkən, o, konkret problemin həllini təklif edir, verilən tapşırıqların tarixlərini, onların icra müddətlərini bloknotunda qeyd edirdi.

H. Rəsulbəyov həmişə başladığı işə yüksək maraq göstərirdi, onu sona qədər diqqətdə saxlamağı sevirdi. Onun bu sahəyə rəhbərlik etdiyi illərdə qazanılan uğurların,   əsas göstəricilərin təhlili əldə edilən sabitlikdən, rabitə obyektlərinin ən yeni texnoloji avadanlıqlarla təchiz olunmasına yönəldilən addımlardan xəbər verir. Onun şəxsi iştirakı ilə Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və teleqüllənin  layihələri işlənib hazırlanmış və inşa edilmişdir. Bu, təkcə əhaliyə rabitə xidmətlərinin göstərilməsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etməmiş, həm də paytaxtın memarlıq ansamblını daha maraqlı və müasir etmişdir.

 O, hər işi vicdanla, keyfiyyətlə və ən yüksək səviyyədə yerinə yetirirdi. Bununla yanaşı, H.Rəsulbəyov cəmiyyətin əxlaqi dəyərlərini pozanlara qarşı xüsusi dözülməzlik göstərirdi. O, heç vaxt ləyaqətsiz, natəmiz və ya lazımi ixtisası olmayan şəxsləri işə götürməzdi. Onun üçün kadr məsələsində heç bir tanışlıq mövcud deyildi. Bu insanın yanında yalnız hər cür yaltaqlar, öz xeyrini güdənlər və  xidmətdə yüksəlmək xəyalı quran insanlar özünü daim narahat hiss edirdi və onların sıraları bu illər ərzində xeyli seyrəlmişdi . Hüseyn müəllim, əksinə,  vicdanla işləyən şəxsləri hər zaman görür və yüksək qiymətləndirirdi. O, sahənin hazırlıqlı kadrlarla möhkəmləndirilməsinə böyük diqqət yetirir, onların idarələrdə, nazirliyin şöbələrində yerləşdirilməsinə şəxsən özü nəzarət edirdi.

Rabitənin inkişafı üzrə böyük işlərin tam maliyyələşdirilməsinin qayğısına qalaraq, H.Rəsulbəyov bu illər ərzində Azərbaycan layihələrinin ittifaq təşkilatlarında müzakirəsi və qəbulunda  fəal iştirak etmişdir. Keçmiş SSRİ-nin  Maliyyə Nazirliyində büdcənin tərtibi və qəbulu zamanı onun çıxışları təsirli və arqumentləşdirilmiş olurdu. Çıxışların əsaslandırılmış olması, işə dövləti nöqteyi-nəzərdən yanaşma, ifadə dəqiqliyi respublikanın rəhbərliyi tərəfindən daim dəstəklənirdi və buna görə də həmişə rabitə sahəsinin maliyyələşdirilməsi məsələləri öz müsbət həllini tapırdı.

H.Rəsulbəyov nazir postunu tutduqdan dərhal sonra Bakıda çoxmərtəbəli qülləyə malik güclü radio-televiziya stansiyasının tikintisi məsələsinin həllinə başladı. Çox vaxt keçmədən, hamı yeni nazir H. Rəsulbəyovun şəxsində novator, yüksək erudisiyalı, sahənin hər bir problemindən baş çıxaran insan gördü. Onu haqlı olaraq “texniki tərəqqinin döyüşçüsü” adlandırırdılar. Bu gün çoxmərtəbəli televiziya qülləsinin uğurlu fəaliyyət göstərməsi, respublika ərazisinin xeyli hissəsinin televiziya yayımı ilə əhatə olunması, şübhəsiz ki, respublikanın rabitə  sahəsinin bir çox işçisi kimi, H.Rəsulbəyovun da danılmaz xidmətidir.

H.Rəsulbəyovla ünsiyyətdə olan veteran rabitəçilər onun haqqında xoş sözlər söyləyir. Onlar H.Rəsulbəyova müraciətlərinin cavabsız qalması hallarını xatırlamır. H.Rəsulbəyov çoxlarına kömək əlini uzatmış, bəzən hərbçi kimi hərəkət etmiş, müxtəlif instansiyalara müraciət etmiş və qaldırılan məsələnin həllinə nail olmuşdur.

H.Rəsulbəyov deyirdi ki, bütün insanlar, xüsusilə də vəzifəli şəxslər sosial aktivliyin inkişafına səy göstərməlidir. Ümumi işə can yandırmaq, kənarda durmamaq lazımdır. H.Rəsulbəyov bir sahə rəhbəri kimi dəqiq anlayırdı ki, əmək kollektivləri, əmək veteranları, sadə zəhmətkeşlərlə ilə sıx ünsiyyət olmadan kollektivə bacarıqlı, düzgün rəhbərlik etmək çətindir. O, nazirliyin kollegiyasını tez-tez çağırır, əmək kollektivləri ilə görüşlərdən təəssüratlarını bölüşür, fəhlə və qulluqçuların istəklərini oxuyurdu.

General Hüseyn Rəsulbəyovun xalq işinə sadiqliyi, yüksək təşkilatçılıq qabiliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və onun əməyi  bir çox yüksək mükafatlarla qeyd edilmişdir. General Rəsulbəyov Lenin, II dərəcəli Vətən müharibəsi, Qırmızı Ulduz, Qırmızı Əmək Bayrağı ordenləri və 14 medalla, o cümlədən “Hərbi xidmətlərinə görə”, “Odessanın müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “”Nöqsansız xidmətə görə” və sair medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin 28 iyul 1966-cı il tarixli Fərmanı ilə ona “Azərbaycan SSR-in əməkdar mühəndisi” fəxri adı verilmişdir.

Azərbaycan xalqının görkəmli oğlu, general-leytenant Hüseyn Cümşüd oğlu Rəsulbəyovun Azərbaycan və Dağıstanın bütün sahələrində, həmçinin onların hüdudlarından uzaqlarda çoxlu dostu, yoldaşı var idi.

İnsanların yaddaşında yalnız təmiz ada layiq insan qala bilər. Xoş izlər silinmir, ömrümüzə əbədi, təsirli sətirlərlə yazılır. Bütün həyatı boyu xeyirxahlıq nümunəsi olmuş Hüseyn Cümşüd oğlu Rəsulbəyov özündən sonra heç vaxt silinməyəcək, yaddan çıxmayacaq ibrətamiz  izlər  qoyub getmişdir. O, dəfələrlə kimləri isə qorumalı, kimləri isə müdafiə etməli olmuş, ehtiyacı olana kömək əlini hər zaman vaxtında uzatmışdır. Onun bütün həyatı məhz, necə deyərlər,  Böyük Həyatın təsdiqi idi, insanlara, doğma Vətənə təmənnasız  xidmət nümunəsi idi.         H. Rəsulbəyov Vətənini bütün ömrü boyu  bir övlad məhəbbəti ilə sevmiş və ömrünün ən yaxşı illərini onun inkişafına ,  daha da çiçəklənməsinə sərf etmişdir. Bu sevgi onun taleyində əsas – parlaq, valehedici və ülvi sevgi olmuşdur. İbrətamiz dürüstlük, vətənpərvərlik, igidlik  görkəmli sərkərdə, nümunəvi sahə rəhbəri, doğma Vətənin sadiq və fədakar oğlu general-leytenant H.Rəsulbəyovun həyatı boyu ən böyük və dəyişilməz kredosu olmuşdur.

 

                                                                                     Tofiq YUSİFOV              

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru