Новостная лента

Fevralın 12-də  “  I Pyotr Evi "nin  muzey kompleksində fotoqraf-rəssam   Zaur Mullayevin  "Dərbənd və dərbəndlilər" adlı fotosərgisi keçirilmişdir. Fotosərginin təşkilatçısı  "Daqestanskaya  pravda" respublika qəzeti, Dərbənd şəhər  mədəniyyət, idman, gənclər siyasəti və   turizm üzrə  idarəsi,  I Pyotr Evi "   muzey kompleksi  olmuşlar.

Tədbirdə  Dərbənd şəhər  administrasiyasının işçiləri, şəhər məclisinin  deputatları,  ziyalılar, ictimai təşkilatların nümayəndələri, jurnalistlər  iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Zaur Mullayev  Dərbənd şəhər administrasiyasının mətbuat xidmətində fotomüxbir və teleoperator vəzifəsində işləyir.  

Sərginin əsas mövzusu   doğma Dərbənd  şəhərinin və dərbəndlilərin həyatlarını hər tərəfdən göstərməkdir. Qonaqlara  Dərbənd şəhərində keçirildiyi  tədbirlərinin   100-dən çox  şəkili  təqdim edilmişdir. “ Daqestanskaya Pravda” respublika qəzetinin baş redaktoru Burliyat Takbolatova çıxışında qeyd etmişdir ki, Zaur Mullayevin fotosərgisi “ Dərbənd -2000 ”  yubiley bayramının davamıdır.

Fotosərgi haqqında  Dərbənd şəhər  mədəniyyət, idman, gənclər siyasəti və  turizm  üzrə  idarəsinin   rəisi Arsen Aruxov, Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimov,  şəhər deputatlar məclisinin deputatı  Nəriman Musayev, “  I Pyotr Evi "  layihəsinin müəllifi Eldar Abdullayev, şəhər  mədəniyyət, idman, gənclər siyasəti və  turizm üzrə  idarəsinin baş mütəxəssisi Gülpəri Mirzabalayeva, Dərbənd Tibb kollecinin direktoru Svetlana Həmzətova, tarixçi Huseynbala Hüseynov  və başqalar öz təəssüratları ilə bölüşmüşlər.

 

                                                                                                                     Telman Tahirli

"Bu günləri  Dərbənddə yerləşən I "Pyotr  Evi " muzey kompleksi  uşaqlar üçün ən dəyərli   maarifləndirici meydançalardan biri olmuşdur. Muzey  kompleksinin   direktoru Minə  Abdullayeva  deyir ki, muzeyin   ziyarətçiləri  üçün böyük leksiya zalı, dəyirmi masalar üçün otaqlar təşkil edilmişdir. Rəsul Həmzətov adını daşıyan  Xasavyurt mərkəzi şəhər kitabxanasının mütəxəssisləri “ Pəri ” Xeyriyyəçilik fondunu ilə birlikdə  muzeydə  "Dərbəndin nağıl əlvan daşları"  maarifləndirici və sosial layihəsini  keçirmişlər.  Dərbəndin  6 nömrəli  məktəb-internat  şagirdləri  "Bisek-sek " Tabasaran nağılı ilə  tanış olmuşlar. DR İctimai palatasının üzvü, Rəsul Həmzətovun adını daşıyan  Beynəlxalq ictimai fondunun vitse-prezidenti  Həbibat  Əzizova, Xasavyurt  mərkəzi şəhər kitabxanasının direktoru  Elmir Yaqubov  şagirdlər üçün   cəsarətli və cəsur oğlan haqqında nağıl oxumuşlar.  Qeyd etmək lazımdır ki, Həbibat Əzizova  Dərbənd şəhərində doğulmuşdur. Bu yaxınlarda  onun  “ Tabasaranlılar” adlı kitab çapdan çıxmışdır. Bir neçə kitabı o,  I “Pyotr  Evi " muzey kompleksinə hədiyə etmişdir.  

                                                                                                       Telman Tahirli

 

Bu günlərdə Dərbənd şəhərinin başçısı Malik Baqliyev  şəhər sakinlərini qəbul etmişdir. Dərbəndlilərin  əsas müraciət edən  məsələlər  mənzil çatışmaşsızlığı, Q. Davıdova  adına  olan aqrofirmaya qədər dörd nömrə marşrutunun  uzadılması, çoxmərtəbəli binanın altından keçən  su kəmərini başqa yerlə  daşınması və s. problemlər olmuşdur.  M. Baqliyev hər vətəndaşla  ətraflı söhbət etmiş və problemlərin həlli üçün administrasiya işçilərinə tapşırıqlar vermişdir. Qeyd etmək lazımdır ki, qəbulda həmçinin şəhər başçısının müavini Dmitri Dunayev, administrasiyanın işçisi Aleksandr Avanesov, şəhər su idarəsinin rəhbəri  Mirzə Seyidov, şəhər nəqliyyat  şöbəsinin rəisi Verzant Savziyev, şəhər  mənzil bölməsinin müdiri Zamudin Kadırbəyov, administrasiya  struktur bölmələrinin rəhbərləri iştirak etmişlər.

Bəzi  məsələlər  yerində həll olunsa da, şəhər başçısı   vətəndaşların bütün müraciətlərini   administrasiya işçilərinin nəzarətində olduğunu demişdir.  

                                      Dərbənd şəhər administrasiyasının mətbuat xidməti

Bu günlərdə DR Başçısı  Ramazan Abdulatipov   Qasımkənd  - Kurax   avtomobil yolunun təntənəli açılışında iştirak etmişdir. Qeyd etmək lazımdır  ki, 2016-ci ildə respublikanın proqramı çərçivəsində  Qumbət   və Çaroda  rayon mərkəzlərinə  gedən yollara da   asfalt örtüləcək.  R. Abdulatipov  qeyd etmişdir ki,  “Dağlar üçün yollar vacibdir, amma  doğma yurduna aparan yollar iki  qət vacibdir”.  O, həmçinin  DR yol təsərrüfatı üzrə agentliyinin rəhbəri  Zahid Xuçbarova və  DR  Hökumətinə  görülən işlərə  görə minnətdarlığını bildirmişdir.  "Siz bizim hamımız üçün böyük və çox əhəmiyyətli iş edirsiniz"- DR Başçısı demişdir.

 DR Başçısı həmçinin qeyd etmişdir ki,  Dağıstanda 23 min kilometrdən artıq yollar var. Onlardan  5 min km – federal,  15 min yerli, qalanları isə rayon   balansında olan yollardır.

                                                                                                                                                                                     DR Başçısının mətbuat xidməti

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru