Новостная лента

Bu günlərdə   Sankt-Peterburq  şəhərində  Beynəlxalq İqtisadi Forumunun rəsmi açılışı  olmuşdur. Forumu  Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko açmışdır. Qonaqları salamlayan qubernator Sankt-Peterburq beynəlxalq İqtisadi Forumunun tarixi haqqında məlumat vermişdir. O, sayca XXI  olan forumda müzakirə olunacaq məsələlərdən danışmışdır.

Açılış mərasiminin moderatoru tanınmış  jurnalist Sergey Brilyov olmuşdur. Açılış mərasimində BMT baş katibi Antonio Qutyerres, Serbiyanın keçmiş xarici işlər naziri, hazırda baş nazir vəzifəsini icra edən İvitsa Daçiç, Monqolustanın baş naziri  Jarqaltulqın Erdenabat iştirak etmişlər. Qeyd etmək lazımdır ki, forumda  DR Başçısı Ramazan Abdulatipov da iştirak etmişdir.

Dəyərli dostlarım! Hamınıza məlumdur ki , May ayının 3-8 arası Türkiyənin Adana şəhərində III Uluslararası Şeir və Musiqi Festifalında olduq. Azərbaycandan 52 nəfərlik bir şairlər və musiqiçilər heyyəti getmişdik! Festivalda söylənilən bütün şeirlər gözəl və mənalı idi! Hamısına təşəkkür edirəm! 
Mənim, məxsusən, o Festival üçün yazdığım şeir çox bəyənildi və gurultulu alqışlarla qarşılandı . Həmin şeirə görə mənə Çukurova Edebiyyatçılar Derneyinin ÖDÜL- PLANKETİNİ və Təşəkkürnamə - Planketini təqdim etdilər! 
Əziz xalqım! Sevinirəm ki , qardaş bir ölkədə uğur qazanıb Azərbaycanımızın adını uca tutmuşam! İndi sizlərə həmin şeirimi təqdim edirəm !
*******************************************
A Z Ə R B A Y C A N D A N ... G Ə L M İ Ş Ə M !
*************
SORMA MƏNDƏN HARALIYAM ,
SƏN HARDANSAN – ORALIYAM .
CİSMƏN SİZDƏN ARALIYAM ,
EYNİ BİR QANDAN GƏLMİŞƏM .
DOĞMA MƏKANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
**********
QƏLBİMDƏ - ALLAH SEVDASI ,
DİLİMDƏ - RƏSUL DUASI .
MƏMLƏKƏTİM - TÜRK YUVASI ,
QORQUD BABANDAN GƏLMİŞƏM .
BÖYÜK TURANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
************
TÜRK NƏFƏSLİ HƏR BİR KƏNDDƏN ,
DƏMİR QAPILI DƏRBƏNDDƏN ,
ŞİRVAN BOYDA BİR DÖVLƏTDƏN,
MİLDƏN , MUĞANDAN GƏLMİŞƏM .
NƏQŞİ - CAHANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
*************
SOYUM QƏDİMDİR YAŞIMDAN ,
MİN BİR DƏRD KEÇİB BAŞIMDAN . 
TƏBRİZDƏN , KƏRKÜKDƏN, ŞAMDAN,
XAN İRƏVANDAN GƏLMİŞƏM.
YURDU TALANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
**************
HARDA BİR TÜRK AĞLAYIRSA...
SİNƏMİZİ DAĞLAYIRSA ...
TORPAQ QUBAR BAĞLAYIRSA...
HƏMİN ÜNVANDAN GƏLMİŞƏM .
DƏRDİ ÜMMANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
***********
DÜŞMƏN ÇOX DURUB QƏSTİMDƏ ,
ƏYİLMƏYİB HEÇ QƏDDİM DƏ .
HAQQIN NƏZƏRİ ÜSTÜMDƏ ,
RÖVZİ – RİZVANDAN GƏLMİŞƏM .
RİZEDEN ,VANDAN GƏLMİŞƏM . 
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
*************
ÇANAKKALE ŞƏHİDLƏRİ ,
YAŞADACAQ İGİDLƏRİ .
ATATÜRKÜN ÖYÜDLƏRİ ,
ÇAĞIRIR HƏR AN! GƏLMİŞƏM .
TÜRK OĞLU, OYAN ! GƏLMİŞƏM . 
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
*************
XOCALI – QANLI SOYADIM! 
QARABAĞ – NALƏM, FƏRYADIM .
ŞUŞADIR, LAÇINDIR ADIM ,
HƏM ZƏNGİLANDAN GƏLMİŞƏM .
DOST ERZİNCANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
***************
KİMSƏYƏ XOR BAXMAMIŞAM,
AĞA QARA YAXMAMIŞAM.
ÇOX ŞÜKR Kİ , ÇIXMAMIŞAM
DİNDƏN, İMANDAN! GƏLMİŞƏM .
KEÇİB QURANDAN GƏLMİŞƏM . 
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
*************
ÇOX QURURLAR HİYLƏ , MƏKR ,
TƏSLİM OLMAZ ŞƏRƏ XEYİR .
MALİK QÜRUR İLƏ DEYİR:
ELƏ HƏR YANDAN GƏLMİŞƏM .
ULU ŞABRANDAN GƏLMİŞƏM .
AZƏRBAYCANDAN GƏLMİŞƏM !
*******************
Hacı MALİK XƏLİL AĞAGÜLOĞLU (Xəlilov Malik Ağagül oğlu); Həkim.Şair.AzərbaycanYazıçılar Birliyinin üzvü(üyesi ) Azərbaycan, ŞABRAN şəhəri ( SHABRAN city ).
TEL : ( +994 )050-765-11-56

OLEQ   BELAVENSEV   DƏRBƏND  ŞƏHƏRİNƏ  SƏFƏR  ETMİŞDİR
01 Июнь 2017

Mayın 31-də   RF  Prezidentinin  Şimali - Qafqaz  Federal  Dairəsində  səlahiyyətli nümayəndəsi Oleq Belavensev  Dərbənd şəhərinə səfər etmişdir. DR Başçısının mətbuat xidmətindən verilən məlumata görə, səfərdə O. Belavensevi  DR  Hökumətinin sədri Abdusəməd  Həmidov  müşayiət etmişdir. Onlar  şəhərdə  qəzalı  evlərin yerində tikilən yeni çoxmənzilli binalara baxmışlar. Sonra isə qədim Cümə-məscidinə baş çəkmişlər. Məsciddə  Oleq Belavensev Dağıstanın müftisi Əhməd-hacı   Əbdüllayevlə  görüşmüşdür. Görüş  zamanı  Şimali Qafqazın müsəlmanlarının Koordinasiya mərkəzi və  Dağıstanın  dini idarəsi  arasında  əlaqələrin daha geniş möhkəmlənməsi  barədə müzakirə edilmişdir.

Həmçinin RF  Prezidentin səlahiyyətli  nümayəndəsi Narınqalaya baş çəkmişdir. O. Belavensev bildirmişdir ki,  qədim Narınqalada insan  başqa cür nəfəs alır, buranın çox gözəl qədim aurası  var. Dərbəndin mədəni irsini  biz saxlamağa borcluyuq.

Dərbənd qoruq muzeyinin direktoru  Əli İbrahimov  qonaqlar üçün  ekskursiya  keçirmiş, Dərbəndin 2000-illik yubileyi ilə əlaqədar  görülmüş işlərdən danışmışdır. Səfər çərçivəsində Oleq Belavensev  yeni tikilən sahilə də baş çəkmişdir. Sahildə görülən işlərdən məmnun qalmışdır.

 

                                                                                                                       Telman Tahirli

Bu günlərdə Dərbənd  rayonunun  başçısı Məhəmməd Cəlilov   sahibkarlarla görüşmüşdür. Dərbənd rayon administarsiyasının mətbuat xidmətindən verilən məlumata görə,   görüşdə Dərbənd  rayon  başçısının müavini  Seyidməhəmməd Babayev,  administrasiyasının iqtisadiyyat  idarəsinin  rəis əvəzi  Məcid Rəcəbov, Dərbənd rayon administrasiyası  proyekt   layihələrinin  inkişafı üzrə  şöbə rəisi Fəxrudin  Zakirov və başqaları iştirak etmişlər.

Görüşü açan Məhəmməd Cəlilov  qeyd etmişdir ki,  kiçik sahibkarlıq bazar iqtisadiyyatının ən əhəmiyyətli elementlərindən biridir.

" Kiçik biznes iqtisadiyyatın strukturunda möhkəm yer  tutur, həmçinin  rayonun həyatında mühüm rol  oynayır. Dərbənd rayonunda  kiçik və orta sahibkarların sayı  1176 təşkil edir:  onlardan 194 kiçik müəssisə və 982 İP (fərdi sahibkarlardır)". 

Müşavirədə   kiçik, orta, yeni işə başlayan sahibkarlara  maddi yardım, qrantlar, lizinqi  əlverişli şərtlərlə alınması, biznes  inkubatorlarda sahibkarların iştirakı, reklam tədbirlərində xərclərin kompensasiyası və  endirimi, həmçinin yarmarkalarda və sərgilərdə iştirakı  və başqa istiqamətlərdə iştirakları müzakirə edilmişdir.

Görüşdə Dərbənd rayonu üzrə   kiçik və orta sahibkarların  şurası yaradılmışdır. Şuranın  sədri S. A. Ciyərova, sədrinin müavini Həbib Sabiyev,  şura üzvləri  Daşdəmir Qusunbəyov, Nazrutdin Ramazanov, Murtaz  Hacıbalayev, Ruslan Bilalov və Xidir Xidirov seçilmişdir.

 

                                                                                                             Telman Tahirli

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru