Новостная лента

Paşabəyov Xanlar Edisonoviç  1976-cı il  31 oktyabrda  Dərbənd şəhərində  anadan olmuşdur. Məktəbi bitirdikdən sonra  Dağıstan Dövlət Universitetinin “hüquq elmi, maliyyə  və kredit ” ixtisası üzrə  fakültəsində oxumaya başlamışdır.  Eyni zamanda hüquq məsləhətçisi kimi Dərbənd şəhərinin balıqçılıq  idarəsində işləməyə başlamışdır.

1995-ci ildən DR  Notarial palatasında  təcrübəyə başlamış, orada 10-ildən çox işləməyə davam etmişdir. 1997-ci ildən Dərbənd şəhərində  notarius işləmişdir.  2008-ci ildən DR  Məhkəmə departamentinin İdarəsinin Dərbənd şəhəri üzrə  102 nömrəli  məhkəmə  bölməsinin  hakimi vəzifəsində işləmişdir.      2011-ci ildə Xanlar  Paşabəyov  DR Xalq məclisinin deputatı seçilmiş, qanunvericilik, qanunilik və dövlət tikintisi üzrə  komitə  sədrinin  müavini  olmuşdur.

 2015-ci ilin sentyabr,   2016-cı ilin  aprel ayına qədər  DR  Dövlət əmlak  naziri vəzifəsində işləmişdir. 2016-cı il   aprel  ayının 14-də  DR  Başçısının Fərmanı ilə DR ədliyyə naziri təyin edilmişdir. Ailəvidir, üç uşaq  atasıdır.

Bu günlərdə  RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində  səlahiyyətli  nümayəndəsi Sergey Məlikov  Şimali Qafqazın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə  Dağıstan Dövlət Teleradio Şirkətinin direktoru Luiza Əlixanova, “ Dagestanskaya Pravda ” qəzetinin redaktoru Burliyat Takbalatova,  “ Dağıstan” Respublika İnformasiya agentliyinin nümayəndəsi iştirak etmişlər.

S. Məlikov  görüşə görə KİV nümayəndələrinə öz təşəkkürünü bildirərək, qeyd etmişdir ki, belə görüşlər artıq ənənəyə çevrilmişdir. Bu günləri bizim regionumuz üçün  informasiyanı    obyektiv  işıqlandırılması  çox əhəmiyyətlidir.    Bizim ŞQFD –ki nümayəndəliyimiz  əhali və KİV nümayəndələri üçün həmişə açıqdır.  Bizim işimiz qarşılıqlı olmalıdır.

Görüşün gedişində jurnalistlər  həmçinin təhsil sistemi, turizm, korrupsiya, Mənzil  Kommunal Xidmətləri, terrorizm və ekstremizm, narkomaniya, gənclər  siyasəti haqqında və s. suallar vermişlər. 

Bu günlərdə   Mahaçqalada  yerləşən “ Poeziya Teatrı ” nda   “ Pravoslav  Kitab  Günü ” nü qeyd etmişlər. Tədbiri   DR viсdan azadlığı üzrə  komitə, DR milli siyasət üzrə nazirlik təşkil etmişdir.  Pravoslav kitab  gününün  açılışında DR milli məсlisinin sədr müavini  Yuri Levitskiy, DR milli siyasəti üzrə nazir  Tatyana Qamaley,  DR viсdan azadlığı üzrə  komitə sədri  Məhəmməd Əbdürrəhmanov, Mahaçqala  və Qroznıy şəhərlərinin  baş  keşişi  Varlaam,  DR  iсtimai palatasının nümayəndələri, kütləvi informasiya vasitələri iştirak etmişlər.

Poeziya Teatrının zalında  qonaqlar  mətbəəçiliyin tarixinə  həsr edilmiş ekspozisiyalarla,  rus  pravoslav kitablarla, pravoslav arxitektura ilə tanış olmuşlar. Sərgidə  Mahaçqala, Kizlyar, Dərbənd, Kaspiysk,  Buynaksk  şəhərlərinin qədim şəkilləri,  pravoslav mətnlərlə  yazılmış birinсi əlyazma  kitabları  göstərilmişdir. Həmçinin tədbirdə  Dağıstan Dövlət filarmoniyasının artistləri konsert proqramı ilə  çıxış etmiçlər.

Dərbənd  rayonunun  Nügdi  kəndinin  yolları bərbad vəziyyətdədir. Sakinlərin dediyinə görə  beş kilometrlik yol on il bundan qabaq  çəkilib. Bu yolun təmiri üçün dəfələrlə dövlət  tərəfindən külli miqdarda vəsait ayrılsa da, yolun orasına- burasına yamaq vurmaqla kifayətlənirlər  ki, bu da heç bir ay dözmür.

Ona görə də maşınlar tez-tez sıradan çıxır, məktəblilər dərsə gedə bilmirlər. Qış fəslində havaların yağıntılı keçməsi  yolda vəziyyəti daha da dözülməz edir. Belə şərait  tibb  maşınlarının  kəndə gəlməməsinə də səbəb  olur. Bütün bunlar sakinləri narazı edir səbəb olub və onlar bu problemlərin aradan qaldırılması üçün hökumətdən kömək istəyirlər.

 

                                                                                                                                                         

                                                                                           Telman Tahirli

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru