Новостная лента

DAĞISTAN   QADINLARININ   KONFRANSI
22 Нояб 2017

Dərbənd  rayon   administrasiyasında DR  Qadınlar İttifaqının zona  konfransı keçirilmişdi. Konfransda  " Valideynlərin məsuliyyəti " və  “ Qadın ictimai təşkilatlarının  əmək və vətənpərvərlik  xalq  ənənələrinin saxlamasında  imkanlı təcrübə tərbiyəsi ”  mövzularla çıxış etmişlər.

 Tədbirdə  Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov, Dərbənd şəhərinin başçısı Malik Baqliyev, Cənub ərazi dairəsində DR Başçısının səlahiyyətli nümayəndəsi Enrik  Müslimov, DR qadınlar ittifaqının sədri İntizar Mamutayeva, DR Başçısının   ailə, analıq  və uşaq hüquqlarının  müdafiəsi üzrə  səlahiyyətli nümayəndəsi  Marina Yejova, “ Daqıstan qadını ”   jurnalının redaktoru Naida Kərimova, DR qadınlar  İttifaqının məsuliyyətli katibi Patimat Abduraupova, DR  milli siyasət  və  dini üzrə  nazirliyin baş  mütəxəssisi İslam Abakarov,  DR Xalq məclisinin deputatı  Fərzillah İslamov, Dərbənd rayonu üzrə ictimai palatasının sədri Fətulla Fətullayev, Dərbənd  rayon deputatlar məclisinin sədri  Majmudin Səmədov , Dərbənd rayonu  üzrə  qadınlar şurasının sədri Ayna  Seyidova,  ali məktəblərin və  uşaq bağçalarının    direktorları, rayonunda yerləşən  təsərrüfat  rəhbərləri iştirak etmişlər.

Konfransı Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov açmışdır. O,  çıxışında qeyd etmişdir ki, gənclərin çox əsirlik ənənələrin saxlamasında  və  vətəndaş mövqeyinin  formalaşmasında, sözsüz demək olar ki, DR Qadınlar İttifaqının daxilində yaradılmış  ictimai təşkilatlar,  qadın məsləhət şuraları çox böyük rol oynayır.

DR Qadınlar ittifaqının sədri İntizar Mamutayeva bildirmişdir ki,2018-ci ildə  Dağıstan Qadınlar ittifaqına 25 il tamam olur. Konfransda həmçinin  Dərbənd rayonu üzrə  Qadınlar şurasının sədri Ayna Seyidova çıxış etmişdir. Məmmədqala  qəsəbəsinin Uşaq yaradıcılıq  evinin şagirdləri  şeirlər oxumuşlar. Konfransın  sonunda  qadınlar şuraların sədrlərinə tapşırıqlar verilmişdir.

 

                                                                                                                     Telman Tahirli

AZƏRBAYCAN   TEATRI  ORENBURQDA
17 Нояб 2017

 Bu günlərdə Azərbaycan Dövlət Dram Teatrı ilk dəfə Orenburq vilayətində qastrolda olub. Teatr qadınların öz hüquq və azadlıqları uğrunda mübarizəsindən bəhs edən Xalq Şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Tamaşanın quruluşçu rejissoru  Azərbaycan Respublikasının əməkdar artisti  Sərvər Əliyevdir. Bu barədə teatrın direktoru, Dağıstanın Əməkdar Mədəniyyət İşçisi Firdovsi Əsgərov məlumat verib.

“Bu tamaşa Orenburq üçün hədiyyə oldu, burada milli mədəniyyət nümunəsi təqdim olundu”, - deyə Orenburqun Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Yaşar Məsimov bildirib. O, teatrı gələn ilin martında Orenburqa Novruz bayramına dəvət edib.

Süleyman Rüstəm «Çimnaz xanım yuxudadır» komediyasını 1922-ci ildə qələmə alır.Əsər teatr həvəskarı olan Çimnaz xanımın məhəllə qadınları ilə tamaşaya baxmaq üçün evində qurduğu oyundan bəhs edir. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar gələndə ona desin: xanımın başı ağradığı üçün yatıb, narahat etmək olmaz. Hər şey də məhz bu əhvalatdan başlanır. Qafar öz yataq otağına keçmək istəyəndə Nabat çox gülünc işlərə əl atır ki, ər xanımın teatra getdiyini bilməsin. Əsər ideya baxımından ailədə sədaqəti və düzlüyü tərənnüm edən bu tamaşa da mahnı və rəqslərlə zəngindir.

 

                                                                                                           Telman Tahirli      

 

VETERANI  TƏBRİK   ETMİŞLƏR
17 Нояб 2017

Böyük  vətən Müharibəsinin başa çatmasından  72  il keçib. Həmin dəhşətli illərin xatirəsi insanların qəlbində heç bir zaman unudulmayaсaqdır. Vətəni uğrunda döyüşənlərin çox az bir hissəsi öz doğma oсağına geri dönə bildi. Böyük vətən Müharibəsi Veteranı İvan Qriqoryeviç Setyojov  müharibəni əvvəllədən sona qədər yaşayanlardan biridir. Yaşadığı yüzillikdə çox hadisənin şahidi olub.

         Bu günlərdə veteran 90 -illiyini qeyd edib. Veteranı  ad günü münasibətilə  6 nömrəli internat məktəbinin tərbiyəçi -müəllimi Dadaşova Xalidə Məmməd qızı  və 6-cı sinif  şagirdləri     müharibə veteranını evində ziyarət edib  təbrik etmişlər. Ona can  sağlığı və  uzun  ömür arzulamışlar. İvan Setyojov  müharibə  illərin  xatirələrini  şagirdlərlə   bölüşüb.

Veteranın nəql etdikləri uşaqlarda dərin təssürat hissi oyadıb. İvan Qriqoryeviç gənc  nəslə cəbhədəki gündəlik həyatı barədə danışıb. 16 yaşında atamın qisasını almaq üçün müharibəyə könüllü getmişəm. Hər an səfərbərliyə hazır olan 192-ci hərbi aviasiya bazası adlanan aviasiya hərbi hissəsinə düşdüm, orada mexanik peşəsinə yiyələndim. Mənim üçün tamam başqa bir həyat başladı. Hər bir gün qəhrəmanlıq günü kimi idi. Döyüş yoldaşlarımla Vətənin azadlığı uğrunda qorxmadan vuruşurdum. Düşmən üzərinə cəsarətlə hücum edirdim.“ deyə, İvan Qriqoryeviç fəxrlə xatırlayır.

Setyojov İvan Qriqoryeviç Varşava, Lyublin, Lodzi, Poznanın azad edilməsində iştirak edib. Bütün Avropanı döyüşlərlə keçib. Müharibəni Berlində başa vurub.  ”Qələbə barədə xəbəri göz yaşları ilə qarşıladım”, deyə veteran xatırlayırdı.

Medallarla, o cümlədən  Qırmızı Bayraq, Qırmızı Ulduz döyüş ordeni ilə, “Vətən qarşısında xidmətlərinə görə” ordenlə təltif edilib. 1952-ci ildə ordudan təxris edilmiş, Dağıstana gələrək Raisa Matveyevna ilə evlənmişdir. Qoca yaşında da ruhunun gümrahlığı veteranı tərk etmir. O, Dərbənd şəhərinin gəncləri üç ün bir örnəkdir.

 

                                                                                       Telman   Tahirli

 

 

 

 

Федеральное министерство выразило благодарность заместителю министра печати и информации Республики Дагестан
13 Нояб 2017

Приказом от 16.06.2017 г. №57-п за заслуги в развитии связи, информационных технологий и массовых коммуникаций, многолетний плодотворный труд заместителю министра печати и информации Республики Дагестан Снегиреву Сергею Владимировичу объявлена Благодарность Министра связи и массовых коммуникаций Российской Федерации Н.А. Никифорова.

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru