Новостная лента

Oktyabrın 13-də Dərbənd şəhər başçısı Malik Baqliyevin   sədrliyi  altında  şəhər administrasiyanın konfrans zalında narkotik əleyhinə qanunu pozmaların profilaktikası  üzrə  komissiyanın   iclası  keçirilmişdir. Dərbənd şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda şəhər müəssisələrinin  və hüquq – mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.

Dərbənd şəhərinin başçısı M.Baqliyev  bildirmişdir ki, müşavirənin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. Şəhərimizdə  bu problemin həlli yolunda davamlı və məqsədyönlü  addımlar atılır. Bu illər ərzində  narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilmiş,  müvafiq dövlət proqramları qəbul edilmişdir. Vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən şəhər  idarələrinin  məsul işçiləri   narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu, bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramlarından  danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər. Həmçinin gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir. Tədbir iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

         İclasın sonunda Dərbənd şəhərinin başçısı M. Baqliyev Cənubi Dağıstan üzrə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Jideykoya “ Dərbənd şəhər qarşısında xidmətlərə görə ” medal təqdim etmişdir.

 

 

                                                                                                              Telman Tahirli

7 октября, в Унцукульском районе на территории культурно-исторического комплекса «Ахульго» состоялось праздничное мероприятие, посвященное 220-летию со дня рождения великого имама Дагестана и Чечни шейха Шамиля. Организаторами данного культурно-исторического мероприятия выступил Комитет по свободе совести, взаимодействию с религиозными организациями РД совместно с Муфтиятом РД.
 
Так, на праздновании собралось большое количество гостей со всей республики, что в очередной раз доказывает безграничную любовь дагестанцев к своей истории, родине, к Имаму Шамилю и его наибам. Это также демонстрирует, что дагестанцы - это единый российский народ, связанный общей историей, братскими узами дружбы, добрососедства и взаимопонимания.
 
Выступил перед собравшимися председатель Дагкомрелигии Магомед Абдурахманов. В своем выступлении он отметил:
 
«Каждый год тысячи людей посещают Ахульго. Но, до недавнего времени, столь важное для всех дагестанцев место было предано забвению. И лишь благодаря личной инициативе Рамазана Абдулатипова и благословению Муфтия РД шейха Ахмада афанди, которым и принадлежит идея строительства мемориала, за считанные месяцы облик окрестностей Ахульго изменился до неузнаваемости. И за это я хочу выразить им благодарность, пожелать здоровья и долгих лет жизни».
 
Также Магомед Абдурахманов пожелал новому руководителю Дагестана Владимиру Васильеву успехов в нелегкой работе и выразил готовность поддерживать его.
 
Также на собрании выступили и.о. Муфтия Дагестана Абдулла Аджимолаев, представитель Муфтията РД в ЮТО Магди Абидов, имам Унцукульского района Газимагомед Абакаров, депутат НС РД от Унцукульского района
 
Магомед Магомедов, Уполномоченный главы Дагестана Алибек Алиев, председатель Совета имамов города Хасавюрта Казим Темирбулатов и другие. Между выступлениями звучали духовно-патриотические стихи и исполнялись нашиды.
 
Напомним, что «Ахульго» – мемориал общей памяти и общей судьбы, открытие которого состоялось совсем недавно, 20 января. В мемориальный комплекс входит 17-метровая сигнальная башня и здание, в котором расположен выставочный зал. Вся прилегающая к комплексу территория была облагорожена, были подведены все коммуникации, благоустроены дороги, отреставрирована мечеть. В целом, проведена масштабная работа и созданы благоприятные условия для посетителей.

Bu günlərdə Dərbənddə yerləşən   32  nömrəli  “ Nağıl ” qeyri – dövlət  uşaq bağçasında “ Mənim doğma şəhərim ”  layihəsi çərçivəsində “ Breyn ring ” adlı bilik yarışması keçirilib. Oyun kimi təşkil olunan yarışmada  uşaqlar   komanda şəklində iştirak edib. Məntiqi suallara həvəslə cavab verən balacalar yarışda öz məharətlərini göstəriblər. Bağçanın yaradıcı qrupunun rəhbəri,  tərbiyəçisi Svetlana  Hüseynova keçirilən bilik yarışmasının məqsədi haqqında məlumat vermişdir:

“ İlk növbədə uşaqlar komanda şəklində oynamağı öyrənirlər. İkinci, onlar dinləməyi öyrənirlər. Bu, bir intellektual oyundur, oyuna tez cavab verməkdir. Üçüncü, uşaqlar sualı beyinlərində qavramaq, onun cavabını tapmaq, cavabı tapdıqdan sonra tez reaksiya verərək onu düzgün və diqqətini tam toplayaraq cavab verməyi öyrənirlər. Bu, hal-hazırda bağçamızın ilk addımlarıdır. Amma bu tipli layihələr gələcəkdə uşaqlarda komanda ruhunun formalaşmasında kömək olacaq.”

Bağça tərəfindən belə yarışmaların təşkilinin uşaqlara psixoloji təsirindən bəhs edən  tərbiyəçi oyunlar zamanı balacalarda üzə çıxan keyfiyyətlərdən də danışıb:

“Çox möhtəşəm təsir göstərir. Onlar hər dəfə qalib gəldikdə, sualı düzgün cavablandırdıqda həvəslənirdilər, bəzən emosiyalarını gizlədə bilmirdilər, yerdən durub cavab verirdilər. Ən gözəli o idi ki, valideynlər  də bu qədər həyəcanlı idilər. Yəni onlar öz uşaqlarına baxdıqca həm fəxr edirdilər, həm də həvəslənirdilər. Belə oyunlar zamanı birinci, onlarda diqqət toplanır, ikinci, verilmiş sualı qavramaq, onun analizi və sintezi yaranır. Onlar bir yerdə müzakirə etməyi öyrənirlər, komanda kimi çıxış etməyi öyrənirlər, bir-birini dinləməyi öyrənirlər, səhv olduğu zaman yoldaşına kömək etməyi öyrənirlər. Bütün bu cəhətlər uşağın inkişafında çox vacib cəhətlərdir. ”

Oyun haqda öz fikirləri ilə   müəllim –  loqoped Taqdirə  Seyidova  boluşmüşdür: “ Tədbir çox gözəl keçdi. Uşaqlar aktiv iştirak etdilər, yaxşı cavab verdilər. Hər  qrup çox güclü idi.  Mən çox razı qaldım. Müəllimlərə və tərbiyəçilərə  təşəkkürümü bildirirəm, uşaqlar üzərində çox əziyyətlər çəkiblər. Bu dərəcədə  uşaqların inkişaf etməsinə  çox sevinirəm.”

Qeyd etmək lazımdır ki, tədbirdə ağır atletika üzrə dünya çempionu, şair  Abı Cavadov münsiflər heyəti kimi iştirak etmişdir. Bağçanın tərbiyəçisi  Xədicə Nəsirova uşaqlar üçün  Abı Cavadovun  “  Narıqala ”  şeirini  oxumuşdur.

Yarışmanın sonunda  Abı Cavadova söz vermişlər:  “ Yarışma çox gözəl keçdi, bağçanız həmişə fəaliyyətinə görə başqa bağçalardan seçilir. “ Breyn ring ”  oyunundan çox razı qaldım .”

Qeyd edək ki, bağçada tez-tez belə yarışmalar təşkil olunur.

 

                                                                                                           Telman Tahirli

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ramazan Abdulatipovun Dağıstan Respublikasının başçısı vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

RF  Dövlət Dumasının vitse-spikeri Vladimir Vasilyev respublika başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper