Vətən fədailəri


1941-1945-ci illərdə gedən, Böyük Vətən Müharibəsində. Sovet İttifaqının hər yerindən olduğu kimi, Dağıstannan və onun bütün bölgələrindən də vətəni qorumaq üçün, cəbhəyə bir çox insan gedib. Hər il biz, «Dərbənd» respublika qəzeti olaraq müharibə veteranlarında məqalələr yazırıq. Bu gün də, sizə təqdim edəcəyim şəxs. Sözün əsil mənasında, böyük bir şəxsiyyət və vətən oğlu Camalətdin Şixəliyeviç Əlibəyovdur. O, 1912-ci ildə Dərbənd rayonunun Bilhədi kəndində dünyaya göz açıb.
Camalətdin Şixəliyeviç, uşağlığından da çox qoçaq və cümərd bir uşaq olub. O, yaşıdları arasında da qorxmazlığı və cümərdliyi ilə seçilib. 1941-ci ildə müharibə başlayanda, o vətən üçün ölməkdən qorxmuram deyə öz tay-tuşunun yanında söyləmişdi. Çünki hərbiçi olmaq, onun ən böyük arzusu idi.
Dərbənd rayon Zidyan kənd sovetinin Bilgədi kənd sakini Əlibəyov Camalətdin Şıxəliyeviç 1941-ci il müharibəsi başlayandan, ikinci həftədən Stavropolun Voroşilovskiy
şəhər kiçik komandirlər məktəbinin 15-ci ehtiyat alayına yazılır. Alay məktəbini bitirdikdən sonra 1942-ci ildə ona çavuş hərbi rütbəsi verilir və o 34-cü daşıyıcı diviziyanın fəaliyyət göstərdiyi Ukraynanın Barvinko Lozovo istiqamətində cəbhəyə yola salınıb. 1942-ci ildə Kovoleri alayında birinci eskodromda bölük komandiri, sonra isə tağım komandiri təyin olunub.
Böyük Vətən Müharibəsi veteranı, öz xatirələrində belə söyləmişdir, “Bizə Barvinya şəhərini almanlardan təmizləmək əmri verildi, ilk növbədə düşmənin gücünü bilmək lazım idi. Pravda sovxozunun yaxınlığında bildik ki, düşmən gücü əhəmiyyətsizdir biz hitlerçilərə qalib gəldik və tutduqları mövqelərdən onları gözləmədikləri anda oradan qovub çıxara bildik. Gecələr isə kiçikli-böyüklü kəndləri faşistlərdən təmizləyirdik. Bu isə bizə bir az da ruh və güc verirdi».
Cəmaletdin Əlibəyov 1942-ci ilin yanvarında Cənub-Qərb Cəbhəsində 142-ci Süvari Alayı, 34-cü Süvari Diviziyasının tərkibində ilk döyüş tapşırığını alır. Lazova stansiyası ərazisində gedən döyüşlərin birində həmyerlimiz Camalətdin yaralanır. Müalicədən sonra onu ehtiyat alayı polkona göndərirlər, burada o, gənc əsgərlərə dəstək göstərərək, onları cəbhə üçün mükəmməl hazırlamaqla məşqul olurdu. Bir neçə dəfə çavuş Əlibəyov onu yenidən cəbhəyə göndərilmək xahişi ilə, yuxarıya raportlar yazıb göndərib və yalnız il yarımdan sonra onun bu xaişi nəzərə alınaraq qəbul edilib. Bu dəfə o, ilk Moskva Qırmızıorduna, qvardiya diviziyası olan 167-ci qvardiya atıcı alayına yazılıb. Minaatan heyətinin birinci Baltik cəbhəsinə yola düşür.
1944-cü ilin martında Vitepskin alman işğalçılarından azad edilməsi uğrunda döyüşlər gedirdi. Düşmən inadla müqavimət göstərdi, bəzi yaşayış məntəqələri bir neçə dəfə əldən-ələ keçmişdi. Bu döyüşlərdə çavuş Əlibəyovun minaatan ekipajları dəfələrlə bölmənin atıcılarının və pulemyotçularının köməyinə gəlmişdilər. Vitepskiy oğrunda gedən döyüşlərdə Camaletdin Şıxəliyeviç yenidən yaralanır, lakin döyüş meydanını tərk etmir. Yalnız bu döyüşdə ikinci dəfə ağır yaralandıqdan sonra onu hospitala göndərirlər. Xəstəxanada müalicə olunduqdan sonra isə, onu hərbi xidmətə yararsız hesab edərək geri qaytarırlar. Doğma kəndi Bilgədiyə qayıdan Cəmaletdin Şıxəliyeviç kolxozda ilk öncə mühasib, sonra isə kolxoz sədri vəzifəsində işləmişdir.


Son 18 il ərzində elmi bərpa emalatxanasında çalışmış və 1988-ci ildə layiqli istirahətə buraxılmışdır, 1-ci qrup Vətən Müharibəsi əlili kimi tanınmışdır. Cəbhədə və işdə göstərdiyi hünərinə və xidmətlərinə görə birinci dərəcəli «Vətən Müharibəsi» ordeni və doqquz medalla təltif edilmişdir.
Müharibə illərindən sonra o, Dərbənd rayonunun bir çox kəndlərində kolxoz sədri vəzifəsində çalışıb. Məsələn Rükəl, Səlik, Mitəhi. Son illərdə isə o, «Narin-Qala»- nın Dağıstan Mədəniyyət Nazirliyinin yanında, bərpa işləri ilə bağlı işdə çalışıb. Camalətdin Şixəliyeviç orada, baş mühasib vəzifəsində çalışıb. O, 5 qız və 1 oğul vətənə və adına layib tərbiyə ilə böyüdüb. Gözəl ailə başçısı, mehriban ata, sevimli baba. Onun 17 nəvəsi və 35 nəticəsi var, o bütün bu yaşadıqlarından sonra. 1998-ci ildə, dünyaya gözlərini əbədi yumur. Bəlkə də o, dünyanın ən xoşbəxt insanıdır. Belə ömür hər kəsə nəsib olmur, Allah rəhmət eləsin.
M. Seyidov