Vaxtaşırı bütün təhsil ocağlarında, incəsənət adamları ilə açıq dərs keçirilir. Və bu dərs zamanı şagirdlər, tələbələr mədəniyyətimizdən bir çox şey öyrənirlər.
Bu dəfə martın 17-də Dərbənd şəhəri, 3 saylı orta təhsil məktəbinin müəllimi Rəfiqə Nuriyevna, məktəbin şagirdləri ilə açıq dərs keçirdi. O, uşağlarla görüşə. Azərbaycan Dövlət Dram Teatrının aktyorlarını dəvət etmişdi. Dağıstan Respublikasının əməkdar artistlər Məhərrəm Ömərov, Mahir Məlikov və Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair, müğənni, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli.
Sənətkarlar, şagirdlərə ana dilini, mədəniyyətini, incəsənətini qoruyub saxlamağın vacib olduğundan danışıblar. Mahir Məlikov Saz haqqında qısaca danışaraq, sazda həm muğam, həm də Dərbənd haqqında biraşıq mahnısı ifa edib. Məhərrəm Ömərov şairə Zeynəb Dərbəndlinin Dərbənd şeirini söyləyib, həmdə muğamın təməli olan qədim Dəf alətindən uşaqlar üçün danışıb və gözəl bir muğam ifa edib. Zeynəb Dərbəndli öz Dərbənd şeirini və qədim Azərbaycan xalq mahnılarından parçalar ifa edib.
Bu maraqlı dərs, şagirdlərin də ürəyincə olduğuna görə. Onlar sənətkarlara maraqlı suallar veriblər, sənətkarlar d sonda, Sazla, Dəflə gözəl bir mahnı duet oxuyublar. Rəfiqə müəllimə uşaqlara, hər üç sənətçi haqqında maraqlı söhbət edib. Teatrın aktyorları da, teatr haqqında qısa məlumat verərək, şagirdləri mədəniyyəti qorumağın vacib olduğunu vurğulayıblar.
M. Seyidov