Yarmarkalar vacibdir


Ölkəmizdə ərzaq məhsullarının qiymətləri ilə yaranmış vəziyyət bu gün xalq arasında müzakirə olunan ən başlıca məsələlərdən biridir. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərini getdikçə artması adamları bu gün daha cox narahat edir. Məlum olduğu kimi kənd təsərrüfatı məhsullarının tələb olunan həcimdə istehsalı müəyyən səbəblər üzündən bu gün mümkün deyildir. Respublikamızda və eləcədə Dərbənd rayonunda yaranmış vəziyyətin nə cür həll edilməsinə yönəldilən tədbirlər haqqında danışmaqı Dərbənd rayon müdriyyətinin aqrosənaye kompleksinin rəisi Yusif Gereyxanovdan xahiş etdim. O dedi: Respublikamız son illərdə kənd təsərrüfatı məhsulları istehsalını artırılması üçün vacib qərarlar qəbul etmişdir. Xüsusilə istehsalçılara dövlət dəstəyinin artırılması bir sıra məhsulların istehsalını qabaqkı illərə nisbətən xeyli artırımışdır. Tərəvəz, bostan, meyyvə və giləmeyvə məhsullarının isehsalında daha çox irəliləyişmüşayət olunur. Düyü, ət və xüsusiləüzüm istehsalında təqdirə layiq nəticələr əldə edilmişdir. Təəssüflər olsun ki, bütün bunlar rspublikamız üçün müsbət qəbul edilsə də Rusiya üzrə orta göstərcilərdən çox aşağadır. Çox işlənən gündəlik ərzaq malları istehsalı sahəsində vəziyyət daha gərgindir. Respublikanın kənd təsərrüfatının və ərzaq nazirliyinin məlumatlarına görə yaranmış vəziyyətlə əlaqədar sosial əhəmiyyətli qida məhsullarının gündəlik monitoringi keçirilir. Nazir Battal Battalov bildirmişdir ki, respublikada qiymətlərin vəziyyəti nisbətən stabildir. Ancaq Rusiyanın digər regionlarından gətirilən uzun müddətdə saxlanılan ərzaq assortimentinə qiymətlər artmışdır. Bu şəkər, un,krupalar, bitki yağı və qarağat məhsullarıdır.
Bu tapşırıqlara müvafiq olaraq Dərbənd rayon müdriyyəti Padar, Mitaqi- Kazmaləri və Əqləbi kəndlərində bazar günləri, daimi və bayram günləri yarmarkalarının təşkilini təmin edəcəkdir. Bu yarmarkalarda satış yerləri ondan altımışadək ticarət yerləri yaradılacaqdır. Yarmarkaların keçirilməsi ücün 2000 min kvadrat metrdən 10000 metriyədək torpaq sahələri ayrılaçaqdır. Yeri gəlmişkən yarmarkaların kecirilməsi haqqında tarixləridə unutmaq yerinə düşərdir. Beləliklə cari ilin mart aynın 5- dən başlayaraq aprel ayının 1 və 30 da, mayın8- də, iyun ayının 11 iyul ayının 9 da və 22 də, noyabr ayının 3 də və dekabr ayının 30- da kecirilməsi nəzərdə tutulmuşdur. Burada həm unitar kəndli fermir və fərdi müəssisələr iştirak edəçəklər. Əminəm ki, tədbirlər hər yerdə olduğu kimi rayonmuzun əhalisi üçün də faydalı olacaqdır.
Söhbəti yazdı K.Kərimov