DƏMİRYOLU KOLLECİNDƏ YARIŞMA

Martın 12 də, Dərbənd şəhər Dəmiryol Kollecində DASSR-in 100 həsr olunmuş. «Dağıstan xalqlarının mədəniyyəti» adlı müsabiqə keçirilmişdi. Dəmiryol kolleci tələbələri və müəllimləri tədbiri ən yüksək səviyyədə hazırlamışdıdılar. Tədbiri kollecin direktoru Mirsəməd Mirseyidoviç Seyidov açdı. O, kollecin tələbələri haqqında danışdı və burada yalnız oğlanların təhsil aldığını onların necə aktiv və bacarıqlı olduğlarını vurğuladı. Bütün tələbələrin oğlan uşağları olmağına baxmayaraq, kollec tələbələri şəhərin bütün tədbirlərində fəal iştirak edir və mükafatlar alırlar. Tələbələr hər dildə mahnı oxudular, şeirlər söylədilər. Müxtəlif xalqların adət və ənənələrini nümayiş etdilər. Tədbirdə, Azərbaycan Dövlət Dram teatrının aktrisaları Təhminə Ömərova və Mədinə Hacıağaeva Azərbaycan mədəniyyətinin bir incisi olan «Xınayaxdı» mərasimini təqdim etdilər. Münsiflər heyyəti Dərbənd şəhər mədəniyyət şöbəsinin sədri Dilarə Soltanova. Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Zeynəb Dərbəndli, Tabasaran şairi Dilfuruz Xanəliyeva tədbirdə iştirak edənlərə layiqli ballarını verdilər.
Dərbənd şəhər Mədəniyyət şöbəsinin baş mütəxəssisi
Fəridə Hüseynova da, tədbiri işığlandırdı. Tədbirin sonunda münsiflər Dilarə Soltanova və Zeynəb Dərbəndli müsabiqə iştirakçılarına, daima vətənpərvər olmağı və belə aktiv olmalarını söylədilər.

M Seyidov.