DƏRBƏND MƏKTƏBLƏRİNDƏ, ANA DİLİ BAYRAMI QEYD EDİLDİ

Fevralın 19 u, Dərbənd şəhər 21 nömrəli orta məktəbdə. Ana dili bayramı münasibəti ilə, tədbir keçirildi. Tədbirdə Azərbaycan, Tabasaran. Ləzgi və Dargin dillərində mahnılar, şeirlər və rəqslər nümayiş olundu. Yeni təmirdən çıxmış məktəbin, göz oxşayan musiqi zalında. Məktəbin şagirdləri, teatrların nümayəndələri, eləcə də. Dərbəndin tanınmış Azərbaycan şairəsi Zeynəb Dərbəndli də iştirak edirdi. Şairə öz sözlərinə, Elmir Mədətoğlunuhn bəstələdiyi Göz bəbəyim Dağıstanım mahnısını ifa etdi. Zeynəb xanım öz çıxışında, dilimizin ana laylasından başlayaraq iliyimizə axdığını söylədi. Məktəbin direktoru Marina Aleksandrovna Bondarova, gələn qonağları salamlayaraq. Ana dilinin hər kəs üçün, ən önəmli və lazım olduğunu vurğuladı.
Ana dili və ədəbiyyat müəllimi Raisə Sədrədinovna Məhəmmədova, böyük həvəs və sevgi ilə. Azərbaycan mədəniyyətini, öz şagirdləri ilə birgə hazırlayıb təqdim etdi.

Fevral ayının 21 i, ana dili bayramı münasibəti ilə. Dərbənd şəhərinin 2 nömrəli İnternat məktəbi də qeyd etdi. Tədbiri Azərbaycan dili müəllimi Şəfiqə Qulamovna Abdulməlikova. Tabasaran dili müəllimi Svetlana Mustafayevna Mirzəxanova hazırlamışdılar. Hər iki xalqın milli adət və ənənələrini, toy və xınayaxdı mərasimlərini. Yerli şairlərin şeirləri və mahnılarını, uşağların ifalarında çox gözəl təğdim etdilər. Ana dilinin necə mükəmməl olmağından, öz dilində düçünməyin gözəl olduğunu dönə dönə qeyd etdilər. Tədbirdə qonaq qismində, Dərbəndin tanınmış şairi Nəğməkar şairə Zeynəb Dərbəndli də iştirak edirdi. Tədbir həm Azərbaycan həm Tabasaran xalqlarının, milli və mənəvi dəyərli olan atalar sözləri və məsəllərdən ibarət səhnəciklər qurulmuşdu. Sonda şairə Zeynəb Dərbəndliyə söz verildi. Zeynəb xanım, dilimizin varlılığından, şirinliyindən danışdı. Ana sözünün hər dildə şirin səslənməsindən danışdı. Azərbaycan dilində ANA, Ləzgi dilində DİDE,Tabasaran dilində DADA. Şairə hər üç dilin, ana adıyla şirinliyini göstərərək. Azərbaycan dilində Laylay oxudu. Tədbir çox gözəl keçdi, sonda məktəbin direktoru Rəhman Əlimuradoviç Asaliyev. Tədbirdə iştirak edən uşağlara, ən önəmli uşağları bu cür gözəl hazırladığları üçün. Hər iki müəllimə, məktəbin bütün müəllim kollektivinə. Tədbirə gəldiyi üçün, şairə Zeynəb Dərbəndliyə xüsusi təşəkkür etdi.
A Məmmədova.