Qazıəhmədov H. B. adına Dərbənd İxtisaslaşdırılmış pedaqoji kolleci Dağıstan respublikasının ən qədim təhsil ocaqlarından biridir. Digər pedagoji kollektivlər içərisində özünəlayiq yer tutur. 2023-cü ilin aprelində bu təhsil ocağının 100 illiyi tamam olur. Bütün kollektiv bu yubileyə hazırlaşır. İndi gəlin, onun keçdiyi tarixi yola qısa nəzər salaq. Dağıstanda sovet hakimiyyətinin ilk illərində dövlətin qarşısında duran əsas məsələlərdən biri savadsızlığı aradan qaldırmaq idi. Bu məqsədlə 1920-ci ildə Dərbənddə qısamüddətli pedaqoji kurslar açılır və cənubi Dağıstan üçün müəllimlər hazırlanır. Sonra daha yaxşı ixtisaslı müəllimlər hazırlamaq üçün 1923-cı ilin aprel ayında Dərbənddə II Dağıstan pedaqoji texnikomu açılır. Təhsil dörd illik idi. Bu təhsil ocağına məşhur inqilabçı,Dağıstan Muxtar Respublikasının xalq komissarlığının sədri Kərim Məmmədbəyovun adı verilir. Pedaqoji texnikum realnı məktəbin yerləşdiyi binada-
1923-1961-ci ilədək pedaqoyi texnikum bu binada yerləşirdi. hazırkı “Elektrosignal” müəssəsinin yerləşdiyi binada- fəaliyyət göstərirdi
Dərslər Azərbaycan dilində keçirilirdi. Texnikomu pedaqoji kadrlar və dərsliklərlə Azərbaycan təmin edirdi. Texnikomun ilk direktoru da Bakıdan göndərilmiş Səid Nizami Abdurahmanzadə olmuşdur. O bu qədim təhsil ocağına 1923-1928-ci illərdə başçılıq etmişdir. İlk illərdə kadr çatışmamazlığı vardı. Buna görə də Bakıdan fizika-riyaziyyat müəllimi Əhməd Süleymanzadə, ədəbiyyat müəllimi Feyzi Məmmədzadə,estetika müəllimi Əziz Əzizov və başqaları dəvət olundu.Tələbələlər texnikomun hesabına həm geyimlə, həm də gündə üç dəfə yeməklə təmin olunurdular. 1927-ci ildə texnikumda ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi. Müəllimlər və tələbələr öz şerlərini oxuyur və müzakirə edirdilər.Ən dəyərli şerləri ayda bir dəfə qəzetdə dərc etdirirdilər.Pedaqoji texnikomun birinci buraxılışı 1927-ci ildə olmuşdur. 27 məzun ibtidai məktəb müəllimi diplomu almışdır. Onların arasında bir dənə də olsa qadın yox idi. Kərim Məmmədbəyov məzunların qarşısında çıxış edir: “Fəxrlə deyə bilrəm ki, çoxdilli Dağıstan üçün öz müəllimlərimizi buraxırıq. Dərbənd pedaqoji texnikomu həmişə pedaqoji kadrlar yetişdirməkdə davam edəcək və onlar öz mədəniyyəti ilə Dağıstanı elm və təhsil işığına qərq edəcəklər”. Birinci buraxılışdan sonra dərslər rus dilində keçirilməyə başlandı. 1928-ci ildə üç qadın, Xanbikə Abdurəhimova, Rugan Məmmədbəyova və Asya Tabasaranskaya müəllimlik ixtisasına yiyələnirlər. O dövrdə qadın müəllimlərə böyük ehtiyac duyulurdu. İlk buraxılışdakı qadın müəllimlər ,əsasən, vəzifəli şəxslərin qohumları olmuşlar.
1937-ci ildə Kərim Məmmədbəyov Stalin represiyasının qurbanı olur, xalq düşməni elan edilir, həbs edilir və güllələnir. Bu münasibətlə pedtexnikumda ümumi iclas çağrılır və pedaqoji texnikomun adı dəyişdirir. Ona V. İ. Lenin adına pedaqoji məktıb adı verilir.
Böyük Vətən müharibəsi illərində pedaqoji məktəbin binasında 1628 saylı hərbi gospital yerləşdirilir. Tələbə və müəllimlər növbə ilə xəstə hərbçilərə xidmət edirdilər.“Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə cəbhəyə isti paltar, məktublar yola salırdılar. Çox sayda müəllim və tələbələr cəbhəyə yollandı. Müəllimlərdən: Kilasov Kilas, Pirsəidov Həmdulla, Salihov Magomedsaleh , Hacıyev Səid və b. Qafqaz uğrundakı döyüşlərdə, Moskva ətrafı, Kursk, Krım uğrundakı döyüşlərdə iştirak etmişlər. 300-ə yaxın müəllim və tələbə cəbhədən geri dönmədi. Onlardan 23 tələbə “Qızıl Ulduz”, 4-ü “Qizil Bayraq”,22-si Vətən müharibəsinin 1-ci və 2-ci dərəcəli ordeni ilə təltif edilmişdir. Əliyev Şəmsulla Feyzulla oğluna isə 1944-cü ildə“Sovet İttifaqı Qəhrəmanı”adı verilmişdir.
1962-1977-ci illərdə pedaqoji məktəb bu binada yerləşirdi.
1958-ci ildə pedaqoji məktəb bağlanmaq təhlükəsi ilə qarşılaşır. Baxmayaraq ki, pedaqoji kadrlara böyük ehtiyac duyulurdu. “Elektrosignal” zavodunun ərazisini genişləndirmək lazım idi. Bu səbəbdən pedaqoji məktəbi ya bağlamaq, ya da başqa bir yerə köçürmək lazım idi.1962-ci ildə pedaqoji məktəb hazırkı 16 saylı məktəbin binasına köçürülür və 1977-ci ilə kimi orda olur.1977-ci ildə Dağıstan maarif nazirliyinin qərarı ilə hazırkı dörd mərtəbəli, 1280 tələbənin təhsil ala biləcəyi bina pedaqoji kollektivin ixtiyarına verilir.
1994-cü ildə Dağıstan Respublikasının Təhsil nazirliyinin qərarı ilə pedaqoji məktəbə kollec statusu verildi və adı dəyişdirilib “Dərbənd pedaqoji kolleci” oldu. Hazırda “Qazıəhmədov Hacıəhməd Bekoviç adına Dərbənd ixtisaslaşdırilmış -pedaqoji kollec”adlanır.
1970-2014-ci illərdə, 44 il ərzində kollecə Qazıəhmədov Hacıəhməd Bekoviç başçılıq etmişdir Məhz onun istedadlı təşkilatçılıq bacarığı sayəsində kollecdə öz işinin ustası olan müəllim kollektivi yaradılmışdır. Onların gərgin əməyi və fədakarlığı sayəsində kollec bütün müsabiqə və yarışlardan qalib çıxir. 2018-ci ildə kollektivin xahişi ilə kollecə Qazıəhmədov Hacıəhməd Bekoviçin adı verilir və kollecin həyətində onun şərəfinə abidə ucaldılır.
Hazırda kollektivə -1 aprel 2014-cü ildən bəri Seyidov Şərafəddin Hacıəliyeviç başçılıq edir O, 1980-ci ildə Lomonosov adına M.D.U-nin fəlsəfə fakültəsini bitirmişdir. 1987-ci ildə aspiranturanı bitirərək fəlsəfə elmləri namizədi adını almışdır. Onun rəhbərlik etdiyi dövrdən başlayaraq kollecin binası əsaslı təmir olunmuşdur. Müəllim və tələbələrin ixtiyarına yeni təmirdən çıxmış və yaşıl xalıya dönmüş idman meydançası, idman zalı, fənn kabinələri verilmişdir. Hazırda da təmir işləri davam edir, kollecin tarixi muzeyi yaradılır.
100 il düyagörmüş bir qocanın ömrüdür. Kollec uzun illər boyu Dağıstan Respublikasını və Rusiya Federasıyasını öz işini mükəmməl bilən ixtisaslı müəllim kadrları ilə təmin etmişdir. Bu dövr ərzində kollec 25 mindən artıq ibtidai məktəb müəllimi, orta məktəb üçün rus dili, riyaziyyat, ingilis dili, idman müəllimi və məktəbəqədərki təhsil müəssisələri üçün tərbiyəçi hazırlamışdır.Hazırda kollecdə 1432 tələbə təhsil alır, onların təlimi və tərbiyəsi ilə 100 müəllim məşğul olur.
Kollektivə yaradıcılıq uğurları arzulayırıq,qoy həmişə elm, tədrisvə mədəniyyət ocağı kimi yaşasın,ömrü uzun olsun.
Əliyeva S.
Azərbaycan dili və ədəbiyyat müəllimi