Dərbənd dünya gözü ilə


Dərbəndi addım-addım gəzib dolandığca, insanın xəyalında min-bir arzu yaranır. Onun hər daşı bir naxış, hər naxışı min tarix olan. Başının üstündə bir nər, ərən kimi duran Narın-Qalası dünya gözündə bir əfsanələr məmləkətinə çevrilib. Hər kəs bura gəlmək, gəzmək, görmək istəyir. Çünki onun sorağı, bütün dünyanı öz ahənginə salır. Dərbənd bildimiz kimi, adi bir şəhər deyil. Dərbənd böyük keçmişli ozunmamış bir kitab kimidir, o kitab ki, hər kəs onun heyranı olub.
Dərbəndə bir dəfə gələn görən hər kəs, bir daha gəlmək istəyir. Ona görə son zamanlar, pandemiya xəstəliklərinə baxmayaraq. Turistlərin gəlişinin ardı arası kəsilmir, səngimək bilmir. Onun dünya üzrə tanınan «Xan çinarı», «Cümə məscidi», qədim Mahalları hər kəsin dilindədir. Özündə çox böyük və dərin tarix yaşadam 9 Mahal, nəhəng divarları, şəhərin gözəlliyinə daha gözəllik qatan nəhənk qapıları. Bəzən şəhəri dolanarkən, onun qədim divarları və qapılarının fonunda dayanıb şəkil çəkən, çayını, yeməklərini, hətda dənizinin valehi olan turistləri görəndə, adam bu şəhərdə yaşamağı ilə bir daha qürurlanır. Axı nə də olsa, özün də bu qədim şəhərin sakinisən. Bəlkə də biz bunu dərk etmirik, bu şəhərin havasını almaq belə insana qürur verir.
Bu günlərdə şəhəri gəzməyə çıxmışdım, Qalaya qalxandq dahi Nizami Gəncəvinin heykəlinin ətrafında toplaşan turistləri gördüm. Onlara yaxınlaşıb, şəhərimiz xoşunuza gəldimi sualını verdim. Onların bir ağızdan, «Özü də necə, xüsusilə də bu heykələ heyranıq» demələrini eşitdim. Hələ onun heykəlinə baxıb, bu yaraşıqlı şair ucalır, onu görməyimizə şadıq deyənlər də oldu. Bütün bunların insana nə qədər qürur verdiyini bir bilsəz. Şəhərin Məmmədbəyov küçəsində, Qala divarını xüsusi videoya çəkən turistlər belə bir qədim, tarixi şəhərdə qonaq olduqlarına sevindiklərini bildirirdilər. Hələ Mirzə Kazım-Bəy döngəsini Sülеyman Stal parkına o baş bu başa gedərək, heyranlıqla şəkil çəkməkləri bir başqa idi.
Onlara tamaşa etdikcə, sanki mən də bu şəhərə yeni gəlmiş kimi hiss edirdim özümü bir alıq. Və bütün bunlara baxdığca, bizim yerli şairəmiz Zeynəb Dərbəndlinin bu təxəllüsü nə üçün daşıdığını anladım va onun «Ürəyim vətənlə döyünür» kitabından bu şeir dilimə gəldi.

Dərbəndimin gülüyəm

Hər baxanda camalına yurdumun,
Könlüm əsir hər halına yurdumun.
Göz dikmərəm bir malına yurdumun,
Bu şəhərsiz, mən ayağda ölüyəm,
Dəmirqapı Dərbəndimin gülüyəm.

Yetdi qapı olub onun həyanı,
Qədimliyi heyran edib hər yanı.
Özü böyük tarixlərin dasdanı,
Mənsə onun başındakı teliyəm.
Dəmirqapı Dərbəndimin gülüyəm.

Şahid olub neçə qanlı davaya,
Çox düşməni sovurubdur havaya.
Ana kimi qocağ açır hamıya,
Mən yurdumun, doğma Ana diliyəm.
Dəmirqapı Dərbəndimin gülüyəm.

Hər millətin ürəyidir bu şəhər,
Min arzusu, diləyidir bu şəhər.
Zeynəbin gül bələyidir bu şəhər,
Çeşməsiyəm, bulağıyam, seliyəm.
Dəmirqàpı Dərbəndimin gülüyəm.

Insan öz doğma vətəninə nə qədər bağlı olmalıdır ki, bu sözlər qələmindən süzülə. Turistlərin bu şəhərə axınını da səbəbi, bu şəhərin insanları bir ana kimi özünə çəkməsi və bağrına basmasıdır.
Dərndi sevməmək qeyrimümkündür, o həm qoca, həm də cavan şəhərdir. Biz şəhərimizi çox sevirik, ona görə ki, onun tayı bərabəri yoxdur. Nə yaxşı ki, bu şəhərin sakiniyəm. Bir insan üçün, bundan gözəl nə ola bilər? Haralısan sualına, Dərbəndliyəm cavabı. Şəhərimiz qürur mənbəyimiz, fəxr yerimizdir.
G. Babayeva