Dərbənddə Belqorod vilayətindən olan uşaqlar üçün xalçaçılıq üzrə ustad dərsi keçirilib

Xalça və Dekorativ Sənət Muzeyində uşaqlara Dağıstanın xalçaçılıq tarixindən danışılıb.

“Dağıstanda ənənəvi sənət kimi xalçaçılıq sənətinin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Xalçaçılığın sirləri nəsildən-nəslə, anadan qıza ötürülür, naxışlar, kompozisiyalar cilalanır və təkmilləşdirilir”— Muzeyin rəhbəri Nailə İsmayılova qeyd edib. O, şəxsən uşaqlara söhbət etdi və qonaqları əllə xalça toxuması üçün avadanlıq, materiallar və alətlərlə tanış etdi.

“Muzeyin balaca qonaqlarına çatdırılan xalçaçılığın tarixindən və onun əhəmiyyətindən bəhs edən hekayə milli irsin qorunub saxlanması və təbliği istiqamətində mühüm addımdır. Yeni nəslin xalçaçılıq sənətini öyrənməsi və mənimsəməsi üçün belə tədbirlərin davamlı olması çox vacibdir”-deyə qeyd edib.