Təbrik edirik!Gülçöhrə Nadirovna Seyidova “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdir.

Gülçöhrə Nadirovna Seyidova “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdir.

Akademiyanın ümumi yığıncağının qərarı 28 fevral 2024-cü il tarixlidir (protokol No 1). Fərqlənmə nişanı və Diplom yeni akademikə bu ilin may ayında Tatarıstanın paytaxtı Kazanda keçiriləcək konfransda təqdim olunacaq.

Gülçöhrə Seyidova — fəlsəfə elmləri namizədi, dosent, Dağıstan Respublikasının əməkdar müəllimi, Qafqaz Xalqlarının Dostluğu İnstitutunun (Stavropol şəh.) elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, YUNESKO-nun Şimali Qafqazda mənəvi ənənələrin, onların mədəniyyətlərinin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli tədqiqi şöbəsinin müdiri, Dağıstan Respublikası Dövlət Büdcə Müəssisəsi “Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyi”nin elmi məsləhətçisi, Dağıstan Respublikası İctimai Palatasının ekspertidir. «Avropa — Asiya» Beynəlxalq Humanitar Akademiyası 1998-ci ildən Tatarıstan Respublikasında fəaliyyət göstərən müxtəlif vəzifələrlə birləşən elmi birlikdir.