Dərbənddə yeni uşaq bağçası açılmışdır

Bu günlərdə Dərbənd rayonunun başçısı Möhsüm Rəhimov Dağıstanın dövlət katibi Xizri Abakarov və Dərbənd şəhərinin başçısı Rüstəmbəy Pirməhəmədov ilə birlikdə Dərbənd şəhərində yeni istifadəyə verilmiş «Nezabudka» uşaq bağçasının açılışında iştirak ediblər. Müəssisə dövlət proqramı çərçivəsində Genrix-Həsənov küçəsində inşa edilmişdir. «Dərbənd şəhəri» dairəsinin hərtərəfli ərazi inkişafı üçün, bütün işlər lazımınca yerinə yetirilir. Yeni açılmış uşaq bağçasına, uşaqların inkişafı və rahatlığı üçün mebel və müasir avadanlıqlarla təchiz edilmişdir. Bitişik abadlaşdırılan ərazidə uşaq bağçası və məktəbəqədər qruplar, oturacaqlar, idman və oyun sahələri var. Uşaq bağçası 140 uşaq və 8 qrup üçün nəzərdə tutulub: 2 kiçik, 2 orta, 2 böyük və 2 hazırlıq. Binanın qapıları qarşısındakı küçənin bir hissəsində müvəqqəti olaraq dağıntılarla doldurma işləri aparılıb. G.Həsənov küçəsinin yenidən qurulması çərçivəsində ərazi tezliklə asfaltlanacaqdır. Qonaqlar görülən işləri müsbət qiymətləndiriblər və komandaya xeyirxah işdə, uğurlar arzulayıblar!

Hazırladı A. Məmmədova