Hörmətli Xanlar Edisonoviç , Sizi Dağıstan Respublikasının Ədliyyə Naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirik! “Dərbənd” Respublika ictimai-siyasi qəzetinin kollektivi,başda qəzetin baş redaktoru vəzifəsini icra edən Ələkpərov Tərlan Qəhrəmanoviç olmaqla,bütün redaksiya əməkdaşları adından Sizə möhkəm can sağlığı,uzun ömürarzulayırıq!Ümid edirik ki,həmişə olduğu kimi, Siz yenə də Vətənimizin rifahı, xalqımızın firavanlığı naminə bütün səy və imkanlarınızı əsirgəməyəcəksiniz! Sizə bu çətin və şərəfli yolda uğiurlar diləyirik!
Xatırladaq ki,bu ilin aprel ayının 7-dən Dağıstanın Rəhbəri Sergey Melikovun sərəncamı ilə Xanlar Paşabekov Dağıstanın ədliyyə nazirinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edirdi. Qürur hissi ilə qeyd etmək istəyirik ki,Dağıstan Respublikası Prezidentinin Fərmanı ilə Dağıstan Respublikası Konstitusiyasınin 78-ci maddəsinin 2-ci və 6.2 bəndlərinə uyğun olaraq Paşabekov Xanlar Edisonoviç Dağıstan Respublikasının Ədliyyə Naziri vəzifəsinə təyin edilib. Sənəd Dağıstan Respublikası Ədliyyə Nazirliyinin teleqram kanalında dərc olunub.Qeyd edək ki,Paşabekov Xanlar bundan əvvəl 2016-2018-ci illərdə də Dağıstanın ədliyyə naziri olub.
Redaksiyadan