Tədbirdə Rusiyanın onlarla regionundan 60-dan çox aparıcı qoyun-keçi ferması və kommersiya heyvandarlığı istehsalçısı iştirak edərək, 400 başdan çox qoyun və keçi təqdim ediblər.
Sərginin qonaqları Xerson və Zaporojye vilayətlərinin nümayəndə heyətləri olub. Sərgi və işgüzar proqram tədbirləri folklor ansambllarının və ifaçıların çıxışları, kənd təsərrüfatı məhsullarının yarmarkası, təsərrüfatlarda milli mədəniyyətin təqdimatları, rəsmlər, təamlar və s. ilə müşayiət olunub. Qeyd edək ki, bir il əvvəl dörd gün ərzində sərgini 16 minə yaxın insan ziyarət etmişdi. Bu il 3 gün ərzində 20 mindən çox ziyarətçi onun qonağı olub.