Dağıstanın rəhbəri hərbi qulluqçuların uşaqlarının dəstəklənməsi üçün tədbirlər görməyi tapşırdı

Bu gün Dağıstan Respublikasının başçısı Sergey Melikovun Ukrayna ərazisində xüsusi hərbi borcun icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvləri ilə daha bir görüşü keçirildi.

Regionun rəhbəri və ailələrə dəstəyin təşkilinə görə məsuliyyət daşıyan respublika hakimiyyət orqanlarının nümayəndələri həlak olanların portretləri önünə gül dəstələri düzüblər.

Hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verən Sergey Melikov həyatını qurban verənlərin xatirəsini yad etmək, vəzifə borcunu yerinə yetirmək üçün bir dəqiqəlik sükut elan etdi.

«Dünən biz 9 mayı qeyd etdik və yəqin ki, heç zaman olmadığı kimi başa düşürük ki, bu bayram göz yaşları ilə olan bayramdı. Bugün yad etdiyimiz gənclər öz babalarının, ulu babalarının yolunu davam etdirirlər.
Hər dəfə onların rəsmlərinə baxarkən inanın ki, sizin taleyinizdə iştirakçı olmaq, bu dərddən sağ qalmağa kömək edənlərdən olmaq istəyirəm. «-deyə region rəhbəri vurğuladı.

Federal və regional səviyyələrdə qəbul edilmiş dəstək tədbirləri onun göstərilməsi mexanizmləri barədə məlumatı respublikanın hərbi komissarı Daytbeq Mustafayev Dağıstanın əmək və sosial inkişaf naziri Abdurrahman Mahmudov verib.
Öz növbəsində Dağıstanın rəhbəri regional hökumətə təhsil xətti üzrə dəstək tədbirləri işləyib hazırlamağı tapşırdı -buna həm balacaların məktəbəqədər təhsil müəssisələrinə daxil olması, həmdə ali məktəblərə güzəştli qəbulu və orta ixtisas təhsili müəssisələrinə daxil olması daxildir.
«Bugün belə hallar var ki, bir hərbi qulluqçusunun Dağıstanda yaşayan həyat yoldaşına uşağının baxçaya qəbuluna həyat yoldaşının Respublikadan kənarda xidmət etdiyinə görə imtina edirlər.
Belə bir şey olmasın deyə xahiş edirəm ki, vəziyyəti öyrənib və Xalq Məclisinin yaxın iclasında lazımı dəstək tədbirləri həyata keçirə biləcəyimiz bir qərar verə bilək .
Heç kimin ağlına belə gəlməsin ki, ölkəmizi müdafiə edən, dövlətimizin mənafelərini müdafiə edərkən xəsarət alan yaxud ailə başçılarını itirmiş ailələrə imtina etsinlər.»-deyə icra hakimiyyəti orqanlarına Sergey Melikov müraciət etdi.
Bələdiyyə qurumlarının rəhbərləri qarşısında hər bir götürülmüş ailə ilə şəxsən məşğul olmaq vəzifəsi qoyulub.
«Övladlarınızın göstərdiyi cəsarət və qəhrəmanlığına görə qəlbimizi qürur hissi ilə doldurur. Onlar Vətən uğrunda, həqiqət uğrunda, bütün dağıstanlılar uğrunda həlak olublar ki, biz sülh yolu ilə yaşaya, qurub-yarada bilək. Mən bütün şəhər və rayon başçıları adından cəsur övladlarınızı tərbiyə etdiyinizə görə sizə minnətdarlığımı bildirir və onların itirilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Biz onları xatırlayıb və həmişə onlar haqqında danışacayıq!»-öz növbəsində Novolakski rayonu rəhbəri Məhəmməd Hacı Aydiyev vurğulayıb. Görüşü başa çatdıran zaman Sergey Melikov iştirakçıların hər biri ilə söhbət etdi onların xahiş və istəklərini dinlədi.
«Əgər problemləriniz varsa, biz bütün digər məsələləri təxirə salmaqla onları həll etməyə hazırıq. Siz bizim dəstəyimizə ümid bəsləyə bilərsiniz » — deyə region rəhbəri görüşün sonunda bildirdi.