Təbrik edirik


Bu dünyada hər gələn insanın, öz yeri var. Və hər bir insan, bir peşənin sahibidir. Amma bütün peşələr arasında, müəllimlik peşəsi ən mənalı və ən müqəddəs sayılır.
Bu müqəddəs peşənin sahibi, gözəl insan, layiqli ailə xanımı, mehriban Ana, nəvələrini öz canından çox sevən nənə, gözəl ürəkli insan. «Dərbənd» respublika qəzetinin müxbiri, hamımızın sevimlisi Nazilə Rəhim-qızı Mirhəmidovanın bu gün doğum günüdür yubileyidir. Onun 60 yaşı tamam olur. Bu münasibətlə «Dərbənd» respublika qəzetinin kollektivi adından, başda qəzetin baş redaktoru, dəyərli insan Tərlan Ələkpərov olmaqla; ürəkdən təbrik edirik . Nazilə müəlliməyə ən önəmli olan can sağlıqı, ailə saadəti, işlərində müvəffəqiyyətlər arzulayırıq. 60 yaş nədir ki, bir 60-da üstə gəl yaş arzulayırıq.