Genişmiqyaslı Ümumrusiya aksiyası—“Muzeylər gecəsi” keçirildi

Dərbənddə Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyində genişmiqyaslı -“Muzeylər gecəsi” Ümumrusiya aksiyası keçirildi.       Artıq beş ildir ki, Dünya mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin kollektivi “Muzeylər gecəsi” Ümumrusiya aksiyasında iştirak edir.Bu tədbir vasitəsilə muzeyin kollektivi incəsənətə marağı olan və muzeyin tərtib etdiyi proqramlarda həvəslə  iştirak etməyə  təşəbbüs göstərən insanların  da  maraq dairələrini nəzərə alaraq  onlara yaxən olmağa çalışmışlar. Onu da deyək ki, bu ilki tədbir aksiyası öz rəngarəngliyi ilə seçilirdi.Bu tədbirə toplaşan hər bir kəs özü üçün maraqlı və əyləncəli nə isə tapa bilirdi,ona görə də bu gün muzey meydançasına müxtəlif nəslin nümayəndələrindən olan çoxlu qonaq toplaşmışdı. Proqramın əsas məqamı misilsiz “Dairə 13”sərgisinin açılışı oldu.Bu sərgidə istedadlı gənc rəssamların əl işləri yer almışdı.Onları birləşdirərək bir araya  toplayan isə xüsusi təhsili olmadıqları idi .Lakin bu heç də onlara tamaşaçıların marağını özünə cəlb edən  dərin məna ilə dolu əsərlər yaratmağa mane olmadı.

Tədbiri açaraq  muzeyə gələn qonaqlara  müraciət edən muzeyin direktoru Diana Həsənova ilk növbədə rəssamlara öz minnətdarlığını bildirərək onların muzeyin kollektivi  ilə artıq neçə ildir bir yerdə bir çox layihələrdə birgə iştiraklarını vurğuladı,bu sərginin onların gələcəkdə daha da uğurlu yaradıcılığa davamiyyəti olacağına şübhə olmadığını da söylədi.Bu axşamkı sərgidən sonra onların da artıq öz tamaşaçı kütləsinin artacağına ümid etdiyini  dilə gətirdi.

Sərgi haqqında təəssüratlarını Dərbənd musiqi məktəbinin direktoru Kamila Mahmudova,Dərbənd rayon mədəniyyət şöbəsinin müdiri Səkinə Seyidova.S.Stalski adına  musiqili dram teatrının direktoru Dinara Eminova, DR əməkdar mədəniyyət işçisi Tofik Teymurov, muzeyin elmi məsləhətçisi Gülçöhrə Seyidova muzeyin sərgi bölməsinin müdiri Andronik Muradov və başqaları böyük həvəs və ruh yüksəkliyi ilə qonaqlarla bölüşdülər.

Bundan əlavə cavan rəssamların  özləri üçün də bu sərginin  çox böyük əhəmiyyət daşıdığını,sərgi vasitəsilə tamaşaçılara əsərlərini göstərə bilmək imkanı qazana bildiklərini də səmimi etiraf etdilər.

 Muzeyin divarları arasında  ayrıca  xalq sənəti ustalarının məhsullarından ibarət bir sərgi də öz  müxtəlifliyi və diqqəti cəlb etməsi ilə  maraqlı tamaşaçı nəzərini özünə  cəlb edə bildi.Tədbirə toplaşanlar  bu gün nəinki başqalarının əl işlərinə tamaşa etməklə kifayətləndilər, hətta özləri də öz əlləri ilə nəsə yaratmağa  nail oldular. Müxtəlif yerlərdə  keçirilən  ustad dərsləri( master klasslar)demək olar ki, hər kəsi yaradıcılıq prosesinə cəlb etdi. Parçalardan hazırlanan,  ev rahatlığının hərarətini verən cırtdan gəlincik-çağalar, müsbət əhval- ruhiyyə bəxş edən ,adi boz daşlardan olan əlvan bayquşlar,rənrəngarəng ipək lentlərdən hazırlanan orijinal saç tokası,daşlardan hazırlanmış zərif asqılar,etnik stil açarları-bütün bunlar həqiqi ustaların rəhbərliyi altında diqqətlə yaradılmışdır.

Əlbəttə ki, bu axşam bədii yaradıcılıqsız da ötüşmədi .Dərbəndli rəssam-pedaqoq ”Yaz palitrası”adlı rəsm emalatxanamızda parlaq bahar rəngləri ilə oynamağın sirlərini bölüşdü.

 Rəngli çap materiallarından yaratmağa imkan verən jurnal rəsmləri də öz pərəstişkarlarını tapdı,həm də nöqtə boyama sayəsində diqqətəlayiq olmayan dəftərçələrə  də  demək olar ki, ikinci həyat verildi. Hələ gənc rəssamlar qrafiti ustad dərsləri (master-klass) keçirdilər  və hər kəs Flip- flop texnikasından istifadə edərək öz istək və rəylərini divarda qoya bildi.

Seçdikləri müxtəlif şəkilləri sınayaraq yeni üzlərini yaratmağa marağı olanlar üçün isə üz boyama ustası köməyə gəldi.

Masa oyunlarını sevənlər də  bu gün  diqqətdən kənarda qalmadılar,beləki məşhur “Respekt”gənclər komandasının  oyun məhsulları onların sərəncamına verildi.

 Bir çox film festivalının qalibi, Cənubi Dağıstanın dağ qadınlarının ənənəvi geyimlərinə həsr olunmuş  ,eyni adlı layihənin sənədli və bədii filmi “Zamanın ipi” qonaqların diqqətinə təqdim olundu.Təsirli antik dövr,təbiətin heyranedici gözəlliyi, burada yaşayan insanların lütfkarlığı-bütün bunlar tamaşaçıların gözü önündə canlandı.

 Onu da deyim ki,bütün bunlar  “Bulvar” qəhvə evinin bu axşam təqdim etdiyi misilsiz qəhvə  ətri əhatəsində  baş verirdi.