Dağıstan dağlar yurdu olduğu kimi də, bulağlarının suyunun da öz gücü var. Bu torpağın havasında, suyunda cəngavərlik var. Son illər də igidləri və cəsur oğulları ilə hər yerə imza atan respublikamız, bu imzalarını hələ də davam etməkdədir. İndi sizə deyəcəyimiz şempion gənc, öz doğma rayonumuz Dərbənd rayonunhn Belici qəsəbəsinin sakinidir. Bu bizim üçün həm qürurverici, həm də bu hadisə ilə fəxr edə biləcəyimiz bir haldır.
Bələliklə İyunun 7-də, Dərbənd rayonunun administrasiyası idarəsinin akt zalında.
Abas İsrafilov adına 1 nömrəli Belici gimnaziyasının 9-cu «A» sinif şagirdi Adəm Remixanovun atlet sərbəst güləş üzrə Avropa Çempionu adını qazandığını təntənəli qeyd edildi. Adəm Remixanovun qazandığı bu uğur, onun öz iradəsi və gücü sayəsində olub. Dərbənd rayonunun başçısı Möhsüm Rəhimov,gənc idmançını qələbə münasibətilə təbrik etdi və ona öz idman karyerasında daha böyük zirvələr və yüksəkliklər arzuladı. Rayonumuzun gənc İdmançısını Rafi hüseynovun bədii rəhbəri olduğu, «Kaspiy» Dağıstan dövlət rəqs ansamblı gözəl bir rəqs kompozisiya ilə qarşıladı.
Tədbir Regional İnkişaf Nazirliyinin «Dərbənd rayonu Mədəniyyət, gənclər siyasəti, idman və turizm İdarəsi» MCU tərəfindən təşkil edilmişdir. Gənc idmançımızı, tədbirə gələn bütün qonaqlar ürəkdən təbrik etdi. Bu sözün əsil mənasında, Dərbənd rayonu üçün, bütövlükdə Dağıstanımız üçün böyük uğurdur. Gələcəyimizin gözəl və uğurlu gəlməsi üçün, belə gənclərə ehdiyacımız var. Belə gənclərin yetişdirilməsi üçün, bütün ailələr öz övladlarını bu cür ürəkli və vətənə layiq böyütməlidir. Biz də, «DƏRBƏND» respublika qəzeti olaraq, bu gənc və cəsur idmançımız Adəm Remixanova, daha böyük uğurlar və yüksək zirvələr arzu edirik.
M. Seyidov