Rusiyada, yüzlərlə qeyri millətlər yaşayır. Bu nəhəng Rusiyanı, hər bölgəsində bir-birinə qardaş kimi doğma olan millətlərin bir araya gəlib yaşaması, bu özü elə təğdirə layiqdir. Rusiyanın bir çox bölgələrində bəlkədə, yüzlərlə ayrı-ayrı millətlər yaşasada. Dağlarla ətrafını bəzəmiş, hasarlamış Dağıstanımız bu məsələdə birincidir. 40 milləti özündə birləşdirib, hər millətin də adət ənənələrini qoruyub saxlamağı, onun dağlarla bəzənmişdən əlavə dağ vüqarlı olduğunu sübut edir. Burada yaşayan millətlər, bir-birinə qız verib, qız alırlar. Gözəl və xoşbəxt ailələr yaranır, bir sözlə Dağıstan bir oxunmamış kitabədir, dastandır.
Belə gözəl ailələrdən biri də, ər Ləzgi, arvadı Azərbaycanlı oland Mədətxanovlar ailəsidir. Bunlar hər ikisi qonşu olublar, qonşuluğda da bir ailə kimi böyüyüblər. Hər ikisi həddi-buluğa çatan kimi də, bir-birlərini sevib ailə qurublar. Oğlan Elmar, qızı Albinanı ta uşağlıqdan sevməyə başlayır, onların sevgisi bir çox gənclərə örnək olur. Artıq 17 ildir onlar bir yerdədirlər, əvvəlki sevgilərini də, beləcə qoruyub saxlamağı bacarırlar.
Onların çox gözəl və böyük ailəsi var, onlar dörd gözəl, mələk kimi qız böyüdürlər. Böyük qızlarının artıq 14 yaşı var, ən kiçik qızın isə 4 yaşı var. Albina Elmarla bərabər hər çəkinliyə sinə gəlib, hər çətinlikdən də bir yerdə əl-ələ verib çıxıblar. Bu əsil dostluq deyilmi? İki milləti bir-birinə daha yaxın edən, daha çox doğma edən bu ailə, hər iki millətin adət ənənəsini, mədəniyyətini, mətbəxini yaşadır. Onların arasında ayrıseçkilik yoxdur, hər iki dilə böyük hörmət və rəğbətlə yanaşırlar. Onlarla söhbət zamanı, sual verdim ki, ayrı millətlə ailə qurub yaşamaq ətin deyil mi? Hər ikisi də, eyni cavabı verdilər. «Sevgi hədd bilmir, əgər o əsil sevgidirsə, onun çətinliyi də, bal kimi şirin olur. Biz istərdik ki, bizim övladlarımız da bizim kimi, millət ayırmadan, qurduğları ailənin təməlini, sevgi ilə qursunlar». Onlarln r qızı məktəblidir, ana dili dərslərinə də həm Azərbaycan, həm Ləzgi dilinə gedirlər. Albina deyir ki, «Mən qızlarımızın hər iki dili mükəmməl öyrəmlərini çox istərdim, çünki onlar öz kimliklərini unutmasınlar. Bilsinlər ki, onlar hər iki millətin övladlarıdırlar. Həyat yoldaşımdan çox razıyam, o heç vaxt uşağlara və mənə kübut davranmır. Amma uşağlar ondan çəkinitlər. Çünki mən onlara heç vaxt, atanızdan qorxmayın demirəm. Əksinə, qoy atalarından qorxsunlar. Çünki dövrümüz çox çətin dövrdür, övlad valideynlərinə ilk öncə hörmət etməli və artıq hərəkət etməkdən çəkinməlidir. Övladlarımızın, həmişə belə qalmalarını arzu edirəm».
Elmar də «Mən xoşbəxtəm ki, mənim belə qayğıkeş həyat yoldaşım var. Həm ailəmizin möhkəm qalmasında, həm də övladlarımızın hər iki milləti sevməyində onun böyük rolu var. Mən ata çöl adamıyam, amma Albina isə, onların hər cür qayğısını çəkən, evin ağır yüklərini öz çiyinlərində çəkərək ailəmizi öz sütununda saxlayandır. Ona görə xoşbəxtəm ki, o mənə qismət olub. Həm iki milləti bir araya gətirmişik, həm də hər iki millətin sevgisini bir ailəyə cəmləşdirmişik»-deyə sevinclə söyləyirdi. Bəlkə də Dağıstanın gücü, gözəlliyi, onun çoxmillətli olması və millətlərin bir-biri ilə ailə quraraq, birlik yaratmasındadır. Bir var, hər millət öz adət ənənəsini yaşadır. Bir də var, bir ailədə, iki millətin adətləri, mədəniyyəti, mətbəxi birləşir. Bax əsil gözəllik, əsil dostluq, əsil mehribançılıq da budur.
Belə ailələrin çox olması, daha da yaxşıdır. Çünki ailə, bir dünyadır. Dünyanın təməlidə birlikdir. Birlik olmazsa, dirlik olmaz. Albina ilə Elmarın sevgisi, 4 gül kimi qız uşağlarının dünyaya gəlişinə səbəb olub. Bu qızların da hər biri, bir başqa millətlərlə ailə qura bilər. Bəlkə elə, valideynlərinin sevgisindən, onların da payına düşər. Onlar daha da böyük və xoşbəxt ailələr quracağlar.
Mən də bu gözəl ailəyə ilk öncə xoşbəxtlik, saadət və daima bərabər və xoşbəxt olmalarını arzulayıram.
H. Aslanov